Abşeron rayon Sukanal idarəsinində sərt karantin qaydaları belə pozuldu - ANBAAN VİDEO

15-08-2020, 00:34           
Abşeron rayon Sukanal idarəsinində sərt karantin qaydaları belə pozuldu - ANBAAN VİDEO
Azərbaycan Respublikası ərazisində eləcədə Abşeron rayonunda koronavirus pandemiyası ilə əlaqədar sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində müəyyən qadağalar hələ də qüvvədədir. Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində koronavirus pandemiyasının daha çox yayılmaması üçün iş yerlərində və digər məkanlarda da məcburi maskadan istifadə edilməsi və müvafiq qaydalara riayət edilməsi əks halda həmin idarə, müəssə və şəxslərin ən ağır şəkildə cəzalanması qərarı verilmişdir. Amma, buna baxmayaraq qaydalar və qanunlar bəzi dövlət idarələri eləcədə arxalı şəxslər tərəfindən kobud şəkildə pozulur və ya bilərəkdən əməl olunmur.

Ölkədə koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxta qanunları və qaydaları heçə sayan Abşeron Sukanal idarəsinin təzə rəhbəri yeni qaydalar icad edib ki, bütün işçilər maskasız işləsin. Əldə olunan məlumatda, bu azmış kimi idarədə növbəli iş rejimi tətbiq olunmaq əvəzinə yeni müdir tam heyyəti maskasız işləməyə məcbur etdiyi bildirilir..

Beləki, əldə olunan video məlumata da açıq şəkildə görmək olur ki, , Abşeron Sukanal idarəsinə yeni təyin olunmuş Vasif Əliyev ölkə rəhbərinin və Nazirlər Kabineti yanında Operativ Qərargahının göstərişlərini heçə sayaraq idarədə növbəli iş rejimini qəbul etmir həmçinin işçilərin maska taxmasına qarşı çıxır. Belə olan halda, işçilər və idarəyə gələn vətəndaşların maskasız yaxın təması yaranır. Xəstə olan hər hansı işçi və ya pandemiya daşıyıcısı vətəndaş onlarla insanı yoluxdura bilər.Qanunlada nəzərdə tutulan koronavirus daşıyıcısı xəstəlik yayırsa onu həbs gözləyir. Eləcədə dövlət qulluqçuları maska taxmyaraq iş yerinə gəlib işləyirsə həmin şəxs və şəxsləri yüksək məbləğdə cərimə gözləyir. Amma, görünür Abşeron Sukanal idarəsində nə koronavirus pandemiyası var nədə ki, qaunlara hörmət...

Ətraflı videoda:


Qeyd edək ki, Abşeron Sukanal idarəsin əvvəliki rəhbəri koronavirus pandemiyası səbəbindən dünyasını dəyib. Bu səbədən də dövlət Abşeron Sukanal idarəsin rəhbəri və işçilərini ciddi nəzarətə götürməlidir. Əks halada Abşeron rayonunda minlərlə insan virus daşıyıcısı ola bilər.

Mövzu diqqətimizdədir

İxa.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.