Bilgəhdəki "Şəbəkə"çimərliyində işbazlar vətəndaşların hesabına varlanmaq istəyirlər,antisanitariyada öz yerində - ŞİKAYƏT

15-08-2020, 07:47           
Bilgəhdəki "Şəbəkə"çimərliyində  işbazlar vətəndaşların hesabına varlanmaq istəyirlər,antisanitariyada öz yerində - ŞİKAYƏT
Operativ Qərargahın çimərliklərin açılması ilə bağlı verdiyi göstəriş bəzi işbazlar üçün deyəsən, əla fürsət olub. Görünəni odur ki, möhətkirlər pandemiya dövründə itirdiklərini bir gündə qazanmağı qəsd ediblər və bunun bədəlini vətəndaşların cibindəın çıxarmağı düşünürlər.
Bakı sakini Orxan Aliyev şikayəti Bilgəhdəki "Şəbəkə" çimərliyindəndir. Çimərliyin pullu olmasına baxmayaraq burda hökm sürən antisanitariya nədənsə
çimərliyi yoxlayıb, işləməyə icazə verən orqanların nəzərindən qaçıb. Narazı vətəndaş yazır:

Şikayətim Bilgəhdəki "Şəbəkə"çimərliyindəndir.Deməli giriş haqqını başa düşdük adambaşı 5₼ OK...
Bəs saatı 1₼ yerüstü dayanacağa nə ad verək??? Bu MALL deyil, yeraltı dayanacaq deyil, bu nə absurd qiymətdi belə başa düşmürəm.
Çimərliyin ərazisində yağ boçkaları zibil qutuları əvəzinə istifadə olunur "TROYA" atı kimi hərə bir tərəfə sürüyür.Ən dəhşətlisi ayaqyoluna getməzdən əvvəl ŞEMAŞKO da Toksikologiya şöbəsində özünüzə hər ehtimala yer ayırın çünki,30 saniyədən çox qalmaq həyat üçün təhlükəlidi...
Teref.az olaraq qarşı tərəfin mövqeyi bizə və oxucularımıza maraqlı olduğu üçün işıqlandırmağa hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.