Piştaxta-kassa uyğunsuzluğu DAVAM EDİR... - Bunun adına dələduzluq deyirlər...

29-05-2023, 08:44           
Piştaxta-kassa uyğunsuzluğu DAVAM EDİR... -
Piştaxta-kassa uyğunsuzluğu DAVAM EDİR... Əslində bunun adına dələduzluq deyirlər. DİA.AZ bildirir ki, artıq marketlərimizin piştaxtada bir qiymət, kassada isə başqa bir qiyməti göstərməsi ənənə halını alıb.

Günü-gündən artan müştəri gileyləri isə aidiyyatı qurumlar tərəfindən qulaqardına vurulduğundan marketlərimizin də durmaq fikri, hansısa məsuliyyətə gəlmək kimi yanaşması görünmür. Biz isə DİA.AZ olaraq növbəti vətəndaş gileyini təqdim edirik. Bu dəfə narazılıq yaradan Azərbaycandan milyardlar qazanmış və hələ də qazanmaqda olan Abdolbari Goozalın "Bazarstore" şəbəkəsidir. Beləliklə...

"Müştərinin Səsi" sosial qrupundakı paylaşımda deyilir: " "Bazarstore" marketində fırıldaqçılıq...

Vitrində başqa qiymətdir, kassada 4.90 manat...

2 manat fərq edir. İnsanları aldadırlar..."














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.