Koronavuirusdan MÜALİCƏ BLEFİ: “O reklamlara inanmayın” – Həkimdən ÇAĞIRIŞ

11-07-2020, 16:36           
Koronavuirusdan MÜALİCƏ BLEFİ: “O reklamlara inanmayın” – Həkimdən ÇAĞIRIŞ
“Arbivir” adlı dərmanı həkim tövsiyəsi olmadan qəbul etmək düzgün deyil”.

Yenicag.az xəbər verir ki, bu fikirləri son zamanlar koronavirusdan müalicə üçün “Arbivir” adlı dərmanın reklam olunmasına münasibət bildirən Avropa Nevrologiya Akademiyasının üzvü Qalib Əsədov bildirib.

Qalib Əsədov bildirib ki, sözügedən dərmanın COVİD-19 virusuna tutulmuş xəstələrə müsbət təsiri sübut olunmayıb:

“Bütün dünyada “Favipiravir” və “Remsedevir” tövsiyə olunur. Lakin reklamlara inanıb, yanlış istiqamətdə addım atıla bilər. Çünki istənilən dərman zəhərdir və həkimin tövsiyəsi olmadan qəbul edilməsi ciddi fəsadlara yol aça bilər”.

Koronavirusa qarşı testlərin qiymətinə də toxunan Qalib Əsədov bu prosedurun çox baha olmasını tənqid edib:

“Rusiyada testlər bizim valyuta ilə təqribən 10, Türkiyədə isə 15-25 manat arasıdır. Hava limanında 16 dollar, xəstəxanalarda isə 11 dollardır.

Azərbaycanda isə bu testlərin keçirilməsi üçün 100-130 manat lazımdır. İndiki dövrdə testlər hamı üçün münasib qiymətə olmalıdır”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.