Azay Quliyevdən Hikmət Hacıyevə ŞİKAYƏT... - "Bu gün Vətəndaş Cəmiyyəti 2 cəbhəyə ayırılıb..."

29-05-2023, 17:32           
Azay Quliyevdən Hikmət Hacıyevə ŞİKAYƏT... -
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN ADMİNSTRASİYASININ XARİCİ SİYASƏT MƏSƏLƏLƏRİ ŞÖBƏSİNİN MÜDİRİ, AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN KÖMƏKÇİSİ
CƏNAB HİKMƏT HACIYEVƏ!
Hörmətli Hikmət müəllim!
Artıq 3 gündür ki, Vətəndaş Cəmiyyəti müstəvisində baş verənlərdən belə qənaətə gəlmək olar ki, QHT sektorunda heç bir struktur dəyişikliklər baş verməyib. Yalnız ad dəyişib, məzmun dəyişməyib, olduğu kimi qalıb. Belə ki, Hesablama Palatasının Şurada apardığı yoxlalamalardan sonra Azay Quliyevə bir müddət sakit durmağı, heç bir işə qarışmamağı tövsiyyə ediblər. Zaman gəldikdə isə “buyur, fəaliyyətə başla!” göstərişi verilib. Deputatın Binəqədi rayonundan çox yaxşı tanıdığı (A.Quliyev indi də Binəqədi rayonunun deputatıdır, A.Əliyeva isə 7 il, 2013-2020-ci illərdə Binəqədi RİH-də Humanitar məsələlər üzrə müavin işləyib) icraçı direktor Aygün Əliyeva ilə 2 illik gizli fəaliyyətləri yuxarıdan kimlərinsə göstərişi ilə aktiv, açıq fəaliyyətə keçdi. Hər şey göz qabağındadır. Görünən kəndə nə bələdçi!
Hiss olunur ki, hər 2 şəxs öz maraqlarını Adminstrasiyadan təmin etdirə biliblər. Artıq Prezident Adminstrasiyasındakı nəzarəti də cənab deputat öz əlinə alıb, belə ki, heç kimi saymır. Yenə də öz alınmaz səltənətlərini qurub, dövlətin pulunu istədikləri kimi pay-puş edirlər.
Hələ may ayının 1-də Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə Azay Quliyevə çox yaxın olan bir QHT sədri mənə sevinclə “artıq Azay müəllimə açıq fəaliyyət göstərməyə icazə veriblər, artıq o gəlir”, deyəndə düşündüm ki, boş sözdür.Yəni, bu qədər özbaşınalıqlar, bu qədər dövlət malını mənimsəmələr boş şey imiş!
Afərin onlara! Görəsən, Azay Quliyevlə Aygün Əliyevanı yuxarıdan himayə edən, “bir az sakit oturun, hamının başını aldadaq, sonra yenə öz ampluaanızda olarsınız”, deyən kim və ya kimlərdir?!
Nəyə görə, Agentliyə Prezident Adminstrasiyasından nəzarət edənlər Azay müəllimlə Aygün xanımdan qorxub, geri çəkildilər?
Nəyə görə, Müşahidə Şurası susqunluq nümayiş etdirir?
Nəyə görə, Vüsal Quliyevin Agentliyə nəzarəti hiss olunmur?
Yəqin ki, Azay Quliyev və Aygün Əliyevanın himayədarları onları da susmağa məcbur ediblər?!
Bir müddət idi ki, QHT sədrləri Azay Quliyev və Aygün Əliyevanın Vüsal Quliyevi QHT sektoruna nəzarətdən uzaqlaşdırdıqları haqda danışırdılar. Deməli, danışılanlar doğru imiş!
Heç olmasa 2 il asudə nəfəs ala bildik. Özümüzü QHT sədri kimi hiss etdik. Yenə də tayfa təfəkkürü, yerlipərəstlik, dostbazlıq prinsipləri bərpa oldu! Yenə də elqızları, eloğulları üçün yaşıl işıqlar yandı. Yəqin ki, təmənnasız olmaz!
Mən üzümü Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyevə tuturam!
Hörmətli Hikmət müəllim!
Bəlkə, Siz nəzarəti öz üzərinizə götürəsiniz!
Azay Quliyev və Aygün Əliyeva öz şəxsi maraqları naminə bu gün Vətəndaş Cəmiyyətini 2 cəbhəyə ayırıb. Onların maraqları Azərbaycan QHT-lərini üz-üzə qoyub!

Esmira Orucova
“Həsrət Yolu” Əsir və Girovlarla Kömək İctimai Birliyinin sədri












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.