100 min suriyalı İstanbuldan necə köçürüldü?

7-09-2019, 08:54           
100 min suriyalı İstanbuldan necə köçürüldü?
Qeyri-qanuni qaçqın axınına qarşı ciddi addımlar atırıq. 100 min suriyalının İstanbuldan başqa vilayətlərə getməsini təmin edirik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Daxili İşlər naziri Süleyman Soylu deyib.

“İstanbulda iş icazəsi alan əcnəbi sayı iyun ayının sonuna qədər 700-750 idi. Bəzi qərarlarımız nəticəsində bu rəqəm 7 min 500-ə qədər çıxdı. Demək ki, atdığımız addım doğrudur və müəyyən reaksiya yaradır. 9 min ailə, təxminən 35 min nəfər ölkənin vilayətlərinə göndərildi. Hazırda isə 16 min ailə getmək üzrədir. Bu da təxminən 65 min edir. İstanbulda qeyri-qanuni köçkün sayı ilin əvvəlindən bu yana 55 mindir. Ötən il bunun dörddə biri idi. Bununla bağlı ciddi addım atdıq. 35 min, ardınca isə 65 mini hesabladıqda 100 min suriyalının İstanbuldan başqa vilayətlərə axınını təmin etdik", - deyə nazir bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.