Əhmədzadənin Mollakənddəki idarəsində qaranlıq tender əməliyyatı- 300 000 tenderi kim uddu...

18-02-2021, 18:56           
Əhmədzadənin Mollakənddəki idarəsində qaranlıq tender əməliyyatı-
"Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Mollakənd Mexaniki Suvarma İdarəsi 291 min 766 min manatlıq satınalma müsabiqəsinə yekun vurub.

Teref.az qaynarinfo-ya istinadla xəbər verir ki, maşın-mexanizmlərinin və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələrinin satın alınması müsabiqəsinin qalibi "MM - Parts” MMC olub.

Ötən ilin fevralın 7-də yaradılan şirkətin nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayət şəhəri, 9 mkr, ev 56, m.35-dir. Qanuni təmsilçisi isə Mahir Maarif oğlu Mustafayevdir.

Şirkətin indiyə kimi dövlət satınalmalarında iştirak etməsi, habelə fəaliyyəti ilə bağlı internet resurslarında məlumat yoxdur. Bu baxımdan 1 il əvvəl yaradılan şirkətin az qala 300 min manatlıq tenderi udması və satınalmalar haqqında qanunvericiliyin tələblərinə nə dərəcədə uyğun olması şübhələrə əsas verir.

Qeyd edək ki, "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin keçirdiyi tenderlərin əksəriyyətində şəffaflıq gözlənilmir və mövcud qanunvericiliyin tələblərinin pozulmasıyla bağlı mediada kifayət qədər təkzibolunmaz faktlar açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru