Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Bu gün, 00:06           
Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT
Redaksiyamıza müraciət edən Qarabağ qazisi Faiq Babayev şikayət edir ki, Binəqədi rayon icra hakimiyyətinə tabe olan 28 May qəsəbəsində yerləşən şəxsi obyektinə qapı-pəncərə qoyduqdan sonra icra nümayəndələri tərəfindən təzyiqlərə məruz qalıb.

Qazinin sözlərinə görə, icra nümayəndəsi Samir adlı şəxs onunla görüş zamanı əllə 10 min manat məbləğini göstərərək bu pulu verməsə, obyektin uçurulacağını bildirib. Faiq Babayev bu tələbi rədd etdikdən sonra isə obyektinin söküldüyünü qeyd edir.

Hazırda ərazidən əldə olunan video görüntülərdə obyektin dağıdılmış vəziyyətdə olduğu açıq şəkildə görünür. Obyektdə heç bir genişmiqyaslı tikinti aparılmadığı, sadəcə qapı və pəncərələrin dəyişdirildiyi müşahidə olunur.

Faiq Babayev bildirir ki:

“Bu əmlak mənim şəxsi mülkümdür. Sadəcə olaraq yenidən bərpa etdim. Əgər sənədlə bağlı problem olsaydı, bildiriş göndərilərdi. Amma məndən rüşvət tələb etdilər. Qazi olduğumu bildirsəm də, buna məhəl qoymadılar.”

Qazi məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi şikayət etdiyini, hüquqi müstəvidə haqqını tələb edəcəyini qeyd edir.
Məsələni diqqətdə saxlayırıq. Mövzu ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən və Samir adlı əməkdaşdan münasibət öyrənməyə çalışacağıq. Qarşı tərəfin cavab haqqı tanınır.(Bakunews.az)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru