Bakıda Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparıldı - Fotolar

Bu gün, 17:12           
Bakıda Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparıldı - Fotolar
Bakıda Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparılıb.

TEREF xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.

Bildirilib ki, son günlərdə paytaxtın bəzi ərazilərində əsas etibarilə tut ağaclarını qurd basması halları müşahidə olunur. Ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır. Bu da öz növbəsində sakinləri narahat edir. Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keşirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.

Bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunub. Onu qeyd edək ki, sözügedən həşaratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.

Bitkilər üçün zərərli olan orqanizmin ləğv edilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. Amerika ağ kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilir.

Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru