Rusiyada amansızlıqla döyülən futbolçu öldü

Bu gün, 00:13           
Rusiyada amansızlıqla döyülən futbolçu öldü
Moskva vilayətinin Şelkovo şəhərində döyülən “Russian Community” klubunun futbolçusu Arseni Eroşeviç xəstəxanada dünyasını dəyişib.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun bacısı məlumat verib.

Bildirilib ki, futbolçu bir neçə gün əvvəl üç nəfər tərəfindən ağır şəkildə döyülüb və xəstəxanaya yerləşdirilib.


Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə idarəsi hadisə ilə bağlı 3 şübhəlinin saxlanıldığını açıqlayıb. Onlara qarşı “qəsdən ağır bədən xəsarəti yetirmə” maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru