Dünyada ən qədim qocalar evi İsraildə tapılıb

Bu gün, 16:24           
Dünyada ən qədim qocalar evi İsraildə tapılıb
Hayfa Universitetinin arxeoloqları Qalileya dənizi yaxınlığında apardıqları qazıntılar zamanı yunan dilində "Yaşlılara dinclik" sözlərinin yazıldığı mozaika paneli aşkarlayıblar.

"Israel National News" xəbər verir ki, bu tapıntı İsraildə ilk qocalar evinin mövcud olduğunu sübut edə bilər.

Mozaika paneli binanın giriş hissəsində yerləşib. Alimlərin ehtimallarına görə, qocalar evi eramızın IV əsrinin sonu - V əsrin əvvəllərində fəaliyyət göstərib.

Mütəxəssislər bildirirlər ki, bu mozaika təxminən 1 600 il əvvəl belə müəssisələrin mövcudluğunun ilk maddi sübutudur.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru