Azərbaycan araq idxalına nə qədər xərc çəkib?

Bu gün, 15:14           
Azərbaycan araq idxalına nə qədər xərc çəkib?
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 37 milyon 678,33 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, həmçinin sirkə ixrac olunub.

Ötən ilin eyni dövründə ixracın dəyəri 42 milyon 129,45 min dollar təşkil edib. Beləliklə, ixracda 4 milyon 451,12 min dollar və ya 10,5 faiz azalma qeydə alınıb.

Hesabat dövründə adıçəkilən məhsullar ölkəyə idxal da olunub. 2025-ci ilin ilk 7 ayında Azərbaycana 66 milyon 361,63 min dollar dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edilib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə bu göstərici 56 milyon 544,73 min dollar olub.

Beləliklə, idxalda 9 milyon 816,9 min dollar və ya 17,36 faiz artım müşahidə olunub.

Ümumilikdə, bu məhsullar üzrə xarici ticarət dövriyyəsində ixracın həcmi azalıb, idxalın həcmi isə artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru