Gəncədə oğul atasını bıçaqlayıb Bu gün, 00:12 Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, 1965-ci il təvəllüdlü V. Hüseynov əlindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.Ona dərhal tibbi yardım göstərilib və vəziyyətinin kafi olduğu bildirilir.Məlumata görə, V. Hüseynova xəsarəti oğlu yetirib.Hadisənin başvermə səbəbləri araşdırılır. Facebook-da paylaş