Yeni "Bugatti" modelləri üçün dördillik növbə mövcuddur

Bu gün, 16:38           
Yeni "Bugatti" modelləri üçün dördillik növbə mövcuddur
"Bugatti" ən azı 2029-cu ilə qədər yeni avtomobillər istehsal edəcək. Belə ki, hazırda istehsalçının bu dövrədək sifarişləri mövcuddur.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin dizayn direktoru Frank Heylin "CarBuzz"a danışıb.

Onun fikrincə, dördillik növbə şirkətə sabit mövqe təmin edir.

"Bugatti" tez qazanc əldə etmək üçün riskli layihələrə qoşulmadan öz gələcəyini sakit şəkildə planlaşdıra bilər", - deyə Heylin bildirib.

O əlavə edib ki, şirkətin bu müddət ərzində istehsal edəcəyi modellər arasında hazırda son sınaqdan keçən "Bolide" və "Tourbillon" modelləri də var. Onların müştərilərə təhvil verilməsinə yalnız 2026-cı ildə başlanılacaq. Bu modellər 1800 at qüvvəsinə malik V16 mühərriklə təchiz edilib və baza dəyəri 4 milyon dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru