Həftə boyu Ukrayna dronları Rusiyanın 4 neft obyektini sıradan çıxardı: biri artıq üç gündür yanır...-RƏSMİ
Bu gün, 00:09

Həftə boyu Ukrayna dronları Rusiyanın 4 neft obyektini sıradan çıxarıb: biri artıq üç gündür yanır. Təkcə son bir həftə ərzində Ukraynanın Pilotsuz Sistemlər Qüvvələri (UPSQ) Rusiyanın iki neft emalı zavodunu və iki neft nasos stansiyasını vurub.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, UPSQ komandiri "Madyar" ləqəbli Robert Brovdi öz telegram- kanalında hərbi əməliyyatlara yekun vurub.
O vurğulayıb ki, zərbələrdən sonra Rostov vilayətinin Novoşaxtinsk şəhərindəki neft emalı zavodu 60 saatdan artıqdır ki, yanır. “Madyar”ın məlumatına görə, o, 14-cü UPSQ alayının və UPSQ-nin “Qraf” qrupunun pilotsuz təyyarələri ilə hücumuna məruz qalıb.
Komandir həmçinin UPSQ tərəfindən zərbələrin hansı obyektlərə və nə vaxt həyata keçirildiyini xatırladıb. Beləliklə, o yazır ki, avqustun 14-də dronlar Volqoqrad (keçmiş Stalinqrad) "Lukoyl" neft emalı zavodunuvurub.
Avqustun 18-də onun sözlərinə görə, Ukrayna pilotsuz uçan aparatlarının hədəfi Nikolskoye neft nasos stansiyası olub və bu, “Drujba” neft kəmərinin fəaliyyətini dayandırmasına səbəb olub. Macarlar rusların kəmərin işini 48 saat ərzində bərpa etdiyini iddia etsə də, "Madyar" qeyd edib ki, neftin buraxılışı barədə heç bir təsdiq yoxdur.
Avqustun 20-də Rostov vilayətindəki Novoşaxtinski Neft Emalı Zavodu vuruldu və avqustun 23-də saat 12:00-a olan məlumata görə, komandir yanğının sahəsinin yalnız artdığını qeyd edib.
"Növbəti gecə Bryansk vilayətindəki "Uneça" neft nasos stansiyasına hücum edildi, bundan sonra yanğın baş verdi", - "Madyar" yazır.
"Daha çox olacaq", - deyə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemləri Qüvvələrinin komandanı vurğulayıb.
S.Laçın