Qarabağda sonuncu erməni qalanadək: İrəvandakı “müharibə partiyası”nın intihar qərarı

30-10-2020, 09:38           
Qarabağda sonuncu erməni qalanadək:
Ermənistan haqq elədiyini axır ki, almaqdadır. Özü də artıqlaması ilə. Təcavüzkar ölkənin terrorçu və faşist rəhbərliyinin acı gerçəyi qəbul etməməsi isə öz işidir, erməni toplumunun, ümumən erməniliyin problemidir. Reallıq ondan ibarətdir ki, Nikol Paşinyanın “müharibə partiyası”nın mənasız dirənişi, kapitulyasiyanı qəbul etməməsi “Ermənistan” adlı saxta dövlətin sonunu sürətlə yaxınlaşdırır.

Ancaq belə görünür, ermənilər düşdükləri vəziyyətin elə də fərqində deyillər və millət olaraq öz günahlarını görməyə tələsmirlər. Çarəsiz və ümidsiz durumda olan Paşinyan rejiminin Azərbaycanın dinc əhalisini, körpələri qadağan edilmiş kaset raketləri ilə qətliama məruz qoymasına ermənilərin maniakal şəkildə sevinməsi bunun bariz sübutudur. Eyni zamanda bu, onların xəstə təfəkkürə malik toplum olmasının daha bir təsdiqidir. Dünyada oxşar belə bir xalq tapmaq doğrudan da mümkünsüzdür.

Məntiqlə erməni xalqı südəmər körpələrin, məktəb yaşlı məsumların, yaşlıların ölümündə faşistcəsinə məmnun olmaq əvəzinə, üzləşdiyi fəlakətli duruma görə öz rəhbərliyindən təcili hesab sormalı, Azərbaycan və Türkiyə ilə bundan sonra dinc yanaşı yaşamağın yolları, qısası, böhrandan çıxış yolları haqda düşünməlidir. Amma o, hələ də yalançı, avantürist, başı qaçmış rəhbərinin dalınca getməyə, onun sözünə inanmağa davam edir. Daha xəbəri yox ki, 2-ci Qarabağ müharibəsinin taleyi faktiki həll olunub. Sadəcə, sənədləşdirmək qalır. Belədə Azərbaycanla savaşı davam etdirmək olan-qalan erməniləri də boş yerə qırğına verməkdir, milli intihardır - hansını ki, Paşinyan edir...

*****

“Dağlıq Qarabağdakı vəziyyət Ermənistan üçün olduqca arzulanmaz ssenari üzrə inkişaf edir. İrəvanın bütün əməliyyat planları uğursuz oldu, Azərbaycan təşəbbüsü öz üzərinə götürdü və sentyabrın 27-dən etibarən onu əlində saxlayır. Bu, Ermənistan üçün tamamilə fəlakətlə nəticələnə bilər”.

Bu sözləri rusiyalı tanınmış hərbi analitik Pavel Felgenhauer Ermənistanın “168.am” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycan Ordusu Laçını azad edəcək: “Bu, hətta yaxın bir neçə saatın işi ola bilər. Azərbaycan Silahlı Qüvvələri artıq Laçına yaxınlaşıb. Erməni qüvvələri hələ də Ağdamın mərkəzi istiqaməti, Xankəndindədir. Lakin bu, heç nə demək deyil, çünki Azərbaycan Ordusu bütün sahələrdə seçilir”.

Rusiyanın məsələdəki mövqeyindən danışan analitik Moskvanın Ermənistana bunu açıq şəkildə söylədiyini vurğulayıb. “KTMT öhdəlikləri Qarabağa heç bir şəkildə şamil edilmir. Rusiya münaqişəyə heç bir halda müdaxilə etməyəcək. Cəbhə xəttindəki uğursuzluqlar və Rusiyanın reaksiyası səbəbindən İrəvanda çaxnaşma yarana bilər. Paşinyan da ”əllərini üzəcək", çünki Azərbaycan başqa səviyyədə yeni müharibə aparır", - deyə hərbi ekspert vurğulayıb.

*****

“Bakı bu müharibənin qeyd-şərtsiz qalibidir”. Bunu isə rusiyalı politoloq və jurnalist Maksim Şevçenko cəbhədəki son durumu təhlil edərkən deyib.

“İndiyədək Azərbaycan qoşunları Dağlıq Qarabağın düzən hissəsini tutub. Tanınmamış respublika İranla sərhədi və onunla birgə çox vacib iqtisadi bölgə üzərində nəzarəti itirib. Artıq Bakının bu müharibədəki qeyd-şərtsiz qələbəsindən danışmaq olar, yekun isə yalnız siyasi səbəblərdən təxirə salınır”, - deyə o qeyd edib,

Ekspertin fikrincə, müharibənin sonu Laçın bölgəsindəki əsas mövqelərin ələ keçirilməsi olacaq: “Ancaq Azərbaycan Laçını azad edərsə, DQR separatçıları təslim olmalı və ya son nəfərinədək vuruşmalı olacaqlar. Hələlik Bakı yəqin ki, belə bir nəticəyə can atmır. Ordunun azad etdiyi ərazi isə iqtisadi baxımdan Dağlıq Qarabağdın özündən də böyük anlam kəsb edir. Yalnız Zəngilanın böyük bir qızıl ehtiyatı var. Azərbaycan bu müharibəni qeyd-şərtsiz qazandı”.

*****

“Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi, Dağlıq Qarabağ münaqişəsinin qızışdırıcıları olan Serj Sərkisyan və Robert Köçəryanın öncəki rejimləri kimi eyni dərəcədə ”müharibə partiyası"dır və təəssüflər olsun ki, Qarabağ müharibəsində istənilən sayda öz vətəndaşlarını ölümə göndərməyə hazırdır".

Bu barədə “Jurnalistskaya pravda” qəzetinin baş redaktoru Vyaçeslav Şuryuqin “Vestnik Kavkaza”nın əməkdaşına müsahibəsində bildirib.

“Ermənistanda axırıncı erməniyə qədər döyüşməyə hazır olan bir ”müharibə partiyası" var. Hazırda cəbhədə baş verənləri böyük ölçüdə məhz o müəyyənləşdirir. Ancaq müharibəni davam etdirməyin tezliklə erməni qüvvələri üçün nəyə gətirəcəyi barədə erməni rəhbərliyinin sağlam təsəvvürü yoxdur. “Total müharibə” şüarı onların davranışını irrasional edir", - təhlilçi bildirib.

Analitik Azərbaycanın dinc əhalisinin raket atəşinə tutulmasını ən əvvəl bununla - Paşiynan iqtidarının rasional düşüncə qabiliyyətini itirməsi ilə əlaqələndirir: “Şübhəsiz ki, Azərbaycan şəhərlərinə endirilən bu cür zərbələr cavabsız qalmayacaq. Lakin Azərbaycan Ordusu Ermənistanda əhalinin sıx məskunlaşdığı bölgələrə zərbə vurmayacaq, əksinə, cəbhədə hücumu davam etdirəcək, Laçın dəhlizini bağlayacaq, bununla da Dağlıq Qarabağın taleyi böyük müharibə olmadan öz həllini tapacaq. Belə vəziyyətdə Ermənistandakı ”müharibə partiyası" nəyin bahasına olursa-olsun atəşkəs əldə etmək və danışıqlar masasına oturaraq Dağlıq Qarabağın hansısa statusu barədə danışıqlar aparmaq əvəzinə, kiminsə kənardan bu müharibəyə müdaxilə edəcəyinə ümid bəsləyir. Heç kim müdaxilə etməyəcək..."

*****

Beləcə, tanınmış əcnəbi hərbi-siyasi ekspertlər 2-ci Qarabağ müharibəsinin şəriksiz qalibinin Azərbaycan olduğuna şübhə etmirlər və eyni zamanda, məğlubiyyəti qəbul etməyən Ermənistana daha fəlakətli bir sonluq vəd edirlər. Çünki müharibə təkcə canlı itkilər, genofonda vurulan ağır zərbələr demək deyil, həm də iqtisadiyyat üçün böyük yük, ağır sınaqdır. O ki ola yoxsul, əsasən xarici ianələr hesabına yaşayan Ermənistan. Biz hələ işğalçı ölkədə tüğyan edən koronovirusun böyük iqtisadi fəsadlarını demirik.

Odur ki, Ermənistan “işğalçı” yarlığından nə qədər tez xilas olsa və ya edilsə, ermənilərin itkiləri də qismən az olar. Ola bilsin, Dağlıq Qarabağda da 1-2 erməni qalsın... /”Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.