Gözəlləşmək üçün üzünə yağ iynəsi vurduran modelin - Son halı
Dünən, 15:34
Koreyalı model, məşhur müğənni Hanq Mioku cavan qalmaq və gözəlləşmək üçün plastik cərrahların belə imtina etdiyi proseduru özü özünə edib.
“Medicina” xəbər verir ki, o, əvvəlcə əməliyyat və silikon inyeksiyalar etdirib. Lakin silikonun çoxluğu və əks-təsirindən onun üz toxuması şişməyə başlayıb.
Sonradan həkimlər onun üzünün anormal böuyüdüyünü görüb, hər hansı prosedur keçməkdən imtina edirlər. Bundan sonra Hanq psixi problemlər yaşayaraq öz-özünə inyeksiya etməyə başlayıb. Üzünə müxtəlif yağları yeridən qızın üzü anormal şəkildə şişərək atrofiyaya uğrayıb.
28 yaşından mə.şhur olan Hanq karyerasını davam etdirmək üçün Yaponiyaya gəlir. Onda artıq silikon narkomaniyası başlamışdı.
“Mən məndən gözəl, gənc olan insanları qəbul edə bilmirdim. Çox həsəd çəkirdim. Mən hamıdan yaxşı olmaq istəyirdim”.
1998-ci ildə məcbur olub vətəninə qayıdan qızı ata-anası, heç bir yaxını tanımayıb.
Qız iddia edirdi ki, beynindəki səs üzünə bitki yağlarını doldurmasını istəyirdi. Buna görə onu psixiatrik klinikada müalicəyə alırlar. Bundan sonra isə üzünü normal hala gətirmək üçün bir neçə plastik əməliyyat etdirir.
Keçmiş ulduzun faciəvi taleti Koreya televiziyasında göstərilir və izləyicilər onu xilas etmək üçün pul yığmağa başlayır. Xeyriyyə aksiyasında 100 min dollar toplanır.
10 əməliyyat zamanı cərrahlar onun üzündən 70 qram silikon və 200 qram digər artıq maddələr çıxarılıb. Əməliyyatdan sonra o ağzını bağlaya və normal yeməyə başlayıb.
Çoxsaylı əməliyyatlara baxmayaraq, Hanqın üzü hələ də əvvəlki təbii və normal görünüşünə qayıtmayıb. O hələ də üzünün hamar, gözəl olmasını arzulayır.