Yaponiyada qəribə hadisə: Evinə qayıdan kişi gözləmədiyi "qonaq"la qarşılaşdı və qaçdı
Dünən, 16:49
Yaponiyanın Fukusima prefekturasının Kitakata şəhərinin sakini evində ayı ilə rastlaşıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Kyodo" agentliyi məlumat verib.
Məlumata görə, 60 yaşlı kişi evə qayıtdığı zaman qonaq otağında boyu 90 sm olan ayı görüb. Yırtıcı başını masanın altına altına soxub, ev sahibi isə zərər görmədən qonşuların evinə qaça bilib.
Daha sonra polis bu əraziyə girişi məhdudlaşdırıb və ovçulara məlumat verilib.
Yaponiyanın NHK dövlət-ictimai mərkəzi teleradio şirkətindən bildirilib ki, ayı hələ də evin içindədir.