Qalaktikamızda naməlum mənşəli radiosiqnalların mənbəyi tapılıb. Söhbət saniyənin bir hissəsini təşkil edən, lakin nəhəng enerji miqdarının emissiyası ilə müşayiət olunan mənşəyi bilinməyən radioşüalanma partlayışlarından (FRB) gedir.
Məlum olub ki, qalaktikamızda FRB-nin mənbəyi maqnetarlardır.
“EurekAlert!” bu barədə “Makgill” Universitetindən olan kanadalı tədqiqatçılara istinadən xəbər verib.
Qeyd edək ki, sürətli radioimpuls bir neçə millisaniyə davam edir və kosmosa çox miqdarda enerjinin sərbəst buraxılması ilə müşayiət olunur.
Maqnetarlar, yaxud maqnit ulduzlar - çox güclü maqnit sahəsinə malik olan neytron ulduzlardır.oxu.az