Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Laqodexi rayonunun Qabal kəndində aksiya keçirilib.
Aksiyanın keçirilməsində əsas məqsəd ötən gün axşam saatlarında Gəncəli, Uzuntala, Qabal və Qaracalar kəndinə yağan güclü dolunun soydaşlarımıza ciddi zərər yetirməsi olub.
Belə ki, əsas məşğuliyyətləri kənd təsərrüfatı olan azərbaycanlılar yerli hökumətdən kömək istəyirlər. Sakinlərin sözlərinə görə, burda yaşayan ailələrin yarıdan çoxu bankdan kredit götürüb və indi borclarını necə ödəyəcəklərini bilmirlər.