Heydər Əliyevin tikdirdiyi kitabxananı kim satıb? – Sabiq nazirdən sensasion açıqlama VİDEO

27-05-2021, 16:06           
Heydər Əliyevin tikdirdiyi kitabxananı kim satıb? –
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Bakupost.az saytına verdiyi son müsahibəsində olduqca maraqlı məqamlara toxunub.

O, Mətbuat və İnformasiya naziri vəzifəsində olduğu vaxtda (1992–1995-ci illər) Bakıda 121 kitabxananın olduğunu, həmin kitabxanaları çətinliklə də olsa qoruduğunu bildirib:

"Prezident Administrasiyasından paketin içində 50 min dollar rüşvət göndərdilər ki, indi erməni kilsəsi dediyimiz yerin altında "İncəsənət kitab mağazası" var, onun bir qanadını bizə ver. Dedim, bunu apar ver, o göndərən adama, de ki, mən burda kitab dükanlarının alverini təşkil etməmişəm, Azərbaycanın kitab dükanları satışa çıxarılmayıb".

O vurğulayıb ki, vaxtilə Heydər Əliyevin Hökumət evinin arxasında tikdirdiyi kitabxananı da ələ keçirmək istəyiblər.

Millət vəkili təəssüflə bildirib ki, o, istefa verdikdən sonra həmin kitabxanalar bir-bir ələ keçirilib, indi isə demək olar, heç biri yoxdu.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.