“İnterContinental” otelinin işçisindən jurnalistə təhdid: Baş idarəyə zəng edim?…

17-06-2021, 00:07           
“İnterContinental” otelinin  işçisindən jurnalistə təhdid:
Bakıda otel işçisi ilə sürücü arasında yaranan mübahisə avtomobildəki kameraya qeyd olunub. Hokm.az xəbər verir ki, iyunun 12-i paytaxtın Zərifə Əliyeva küçəsində xidmət aparan yol polisi əməkdaşı sürücüyə otelin qarşısında dayanma göstərişi verib. Sürücü polisin dediyi yerdə dayanan zaman “İnterContinental” otelin işçisi orada dayanmağa icazə verməyib. Sürücü avtomobilini polisin göstərişi ilə saxladığını bildirən zaman otel işçisi onu təhdid edərək baş idarəyə zəng edəcəyini bildirib. O, mübahisənin böyüməməsi üçün avtomobili oradan uzaqlaşdırıb.



Qeyd edək ki, bütün bu olanlar Avtosfer.az saytının əməkdaşının başına gəlib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.