Avtomobilə vinil çəkdirmək qadağandır? - DYP və ekspertdən AÇIQLAMA

17-06-2021, 07:01           
Avtomobilə vinil çəkdirmək qadağandır? -
Son dövrdə avtomobillərin üzərinə vinil vurulması xeyli dəb halını alıb. Avtomobil sahibləri "4 çarxlı dostlarına" yeni rəng və dizayn vermək üçün bu xidmətdən istifadə edir. Bəs görəsən avtomobilin üzərinə vinil vurmaq üçün hansı prosedurdan keçmək lazımdır?

Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, avtomobilinə vinil vurdurmaq istəyən sürücü qeydiyyat imtahan şöbəsinə müraciət etməlidir: "Hansı formada vinilin vurulması razılaşdırıldıqdan sonra texpasportda (qeydiyyat şəhadətnaməsi) qeydiyyat aparılır. Avtomobilin qeydiyyatda olduğu qeydiyyat imtahan məntəqəsi üzrə prosedur həyata keçirilir. Bu sadə üsulla məsələni həll etmək olur".
Hüquqşübas Ərşad Hüseynov isə bildirir ki, avtomobilə vinil vurub rəngi dəyişdikdən sonra nəqliyyat vasitəsini sürmək olmaz: "Sürücü DYP-nin Dövlət qeydiyyat imtahan texniki baxış şöbəsinə getməlidir. Avtomobilin rəngi dəyişdirdikdən sonra nəqliyyat vasitəsini texniki baxışdan keçirmək üçün 30 manat, qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi üçün isə 25 manat dövlət rüsumu ödəməlidir. Bu qaydalara əməl etməyən sürücüləri isə cərimə gözləyir".

Ekspert, qanunla vinilin istifadə olunmasının qadağan edilmədiyini bildirir. Onun sözlərinə vinildən istifadə sürücülər üçün heç də sərfəli deyil: "Belə ki, vinil özü tez sıradan çıxdığı üçün sürücü əlavə xərcə düşür. Bundan başqa, vinil adətən "mat" rəngdə olduğu üçün qarşıdan gələn avtomobilin sürücüsü gecə sizin nəqliyyat vasitənizi görməkdə çətinlik çəkir. Amma vinil vurulması heç bir halda qadağan edilə bilməz. Bu qadağa müəyyən olunmuş qanun, standartla əsaslandırılmalıdır. Vinil avtomobilin rəngini dəyişmək üçün istifadə edilən bir materialdır. Sürücü seçimini özü edir. Bu seçimə görə isə o, pul ödəyir və qanunla əsaslandıra bilmirsə, mütləq qeydiyyata alınır".avtosfer/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.