Neft qiymətləri korreksiya səbəbindən aşağı düşür

17-06-2021, 12:12           
Neft qiymətləri korreksiya səbəbindən aşağı düşür
ABŞ-da xammal ehtiyatlarının azalması fonunda neft qiymətlərinin artmasından sonra korreksiya səbəbindən dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.53-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,44 % bahalaşaraq, 1 bareli 74,06 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,36 % aşağı düşərək, 1 bareli 71,89 ABŞ dolları təşkil edib.

Daha əvvəl ABŞ-da xammal ehtiyatlarının artması haqqında xəbərlər neftin qiymətində nəzərəçarpacaq artıma səbəb olmuşdu. Belə ki, ölkənin Energetika Nazirliyi ötən həftə ərzində kommersiya ehtiyatlarının 7,4 milyon barel azalaraq, 466,7 milyon barelə düşdüyünü açıqlamışdı. Analitiklər ehtiyatların 3,3 milyon barel azaldığını güman edirdilər.

Bundan başqa, ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasından sonra möhkəmlənməyə başlayan dollar da neftə təsir göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru