Tromboz yaradan məhsullar açıqlandı

18-06-2021, 08:19           
Tromboz yaradan məhsullar açıqlandı
Bəzi qidalar, xüsusilə risk qrupundakı insanlarda qan laxtalanmasında pozuntulara və tromboza səbəb ola bilər.

“Zvezda”nın məlumatına görə, rusiyalı tanınmış kardioloq və tibb elmləri namizədi Anna Koreneviç bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, risk qrupuna ateroskleroz və şəkərli diabetdən əziyyət çəkənlər, irsi ürək-damar xəstəlikləri olanlar, artıq çəkili insanlar və siqaret çəkənlər daxildir.

Tromboz riskini azaltmaq üçün pəhrizdə şirniyyat, çörək və xəmir xörəkləri kimi sadə karbohidratları, həmçinin tərkibində xeyli miqdarda şəkər olduğu üçün sousları, yarımfabrikatları və az yağlı qidaları minimuma endirilməsi tövsiyə olunur.

“Şübhəsiz ki, ən təhlükəlilərindən biri spirtli içkidir. Ondan sui-istifadə etməyin, tamamilə istifadə olunmaması isə ən yaxşısıdır”, - deyə Koreneviç vurğulayıb.

Qanı durulaşdıran dərmanları qəbul edən insanlara isə həkim yaşıl çay, mal və donuz qaraciyəri, yaşıl tərəvəz kimi “K” vitamini yüksək olan qidalardan imtina etməyi məsləhət görüb. Bu məhsullar dərmanların təsirini öldürür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru