Əlilliyin müəyyən olunması zamanı iki amil nəzərə alınacaq - Diqqət!
18-06-2021, 11:31
Əlilliyin müəyyən olunması zamanı iki amil nəzərə alınacaq - Diqqət!
Tarix: Bu gün, 10:43 | Çap et
Əlilliyin müəyyən olunması zamanı iki amil nəzərə alınacaq
Əlilliyin müəyyən olunması zamanı iki amil nəzərə alınacaq.
APA-nın məlumatına görə, bu, “Əlilliyin müəyyən olunması Meyarları”nda əksini tapıb.
Qeyd olunub ki, əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna əsasən hazırlanıb və xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasına səbəb olan insan orqanizmi funksiyalarının itirilməsi ilə bağlı əlilliyin müəyyən olunması üzrə məsələləri tənzimləyir.
Əlilliyin müəyyən olunması zamanı aşağıdakı iki amil nəzərə alınır:
- vətəndaşların tibbi-sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin müəyyən olunması üçün əsas götürülməklə, xəstəlik, zədə və çatışmazlıqlar və
onların təzahür dərəcələri, eləcə də insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşması dərəcələri;
- vətəndaşların tibbi-sosial ekspertizadan keçirilməsi zamanı əlilliyin təyinatı üçün əsasları müəyyənləşdirən insan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəli.
Qeyd edək ki, Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması Meyarları”nı təsdiqlədikdən sonra “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ləğv ediləcək.