DİN toylara nəzarət qaydalarını AÇIQLADI

22-06-2021, 19:23           
DİN toylara nəzarət qaydalarını AÇIQLADI
Daxili İşlər Nazirliyi (DİN) toylara icazə verilməsi ilə əlaqədar vətəndaşlarımızı mövcud qaydalara riayət etməyə çağırır.
u barədə Daxili İşlər Nazirliyinin (DİN) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev televiziyalara açıqlamasında deyib.
Onun sözlərinə görə, toyların keçirilməsi ilə bağlı lazımi normalar müəyyənləşdirilib:

“Vətəndaşlarımız tərəfindən təşkil olunan toy, nişan, ad günü məclisləri və bütün bu kateqoriyadan olan mərasimlərin keçirilməsi üçün məhdudiyyət normaları var. 50 nəfərə qədər olan tədbirlərdə maskalardan istifadə edilməsi mütləqdir. Ziyafət iştirakçıları yalnız qida qəbul edərkən maskasız ola bilər. Həmin tədbirlərdə vətəndaşdan COVID-19 pasportu tələb olunmur. 50-dən 150 nəfərə qədər insan olan məclislərin keçirilməsində isə ciddi məhdudiyyətlər var. Toya dəvət olunan vətəndaşın mütləq şəkildə COVID pasportu olmalıdır. Bununla yanaşı, COVID-19-a qarşı birinci doza peyvəndi qəbul edən şəxslər də müəyyən müddətdə məclisə buraxılacaq. Yəni, birinci dozanı qəbul edən vətəndaş avqust ayının 1-nə qədər böyük məclislərə buraxılacaq. Avqustun 1-dən etibarən isə COVID-19 pasportu olmayan şəxsin məclislərdə iştirakı qadağandır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.