Artak Davatyan: “Sərhədd problemini güc yolu ilə həll edə bilərik, amma…”

22-06-2021, 20:12           
Artak Davatyan:
“25-30 ildir ki, Azərbaycanla aramızda sərhəd yoxdur və bu illər ərzində keçmiş təmas xəttini inkişaf etdiririk. Sərhədd xəttini 6 ay və ya bir ildə 30 il ərzində olduğu səviyyəyə gətirmək fiziki cəhətdən mümkün deyil”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan deyib.

Onun sözlərinə görə, yaranmış vəziyyətlə bağlı çox böyük işlər görülüb və hazırda da bu işlər davam etdirilir. O qeyd edib ki, Azərbaycan Ordusu mayın 12-dən etibarən Ermənistan ərazilərinə “daxil” olub. “Elə dəhşətli və ya faciəvi hadisələr baş vermir. Bu ilk növbədə çox fəal danışıqlar prosesi ilə bağlıdır. Danışıqlara zərər verməmək üçün onun mərhələləri açıqlanmır. Ordu problemi zorla həll etməyə hazırdır, lakin bu, son müharibədə verdiyimiz itkilər nəzərə alınarsa, arzu olunan bir seçim deyil”.

Erməni general Azərbaycan əsgərlərinin guya, ermənilərə məxsus mal-qaranı oğurlanmasına dair deyilənləri də yalanlayıb. Davatyan deyib ki, belə bir şey yoxdur və yayılan məlumat şayələrdən başqa bir şey deyil. “Kəndlilərin mal-qarası vaxtaşırı o biri tərəfə keçir. Əksəriyyəti danışıqlar nəticəsində geri qaytarılıb. Yerdə qalanlarının da geri alınması üçün danışıqlar gedir. Şayə yayırlar ki, guya, Azərbaycan hərbçiləri ərazilərimizə keçib, kəndlilərin mal-qarasını özüylə aparır. Bu yalandır, belə bir şey yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.