Bir neçə əsrdir ki, insanlar balıqları çiy yeyirlər. Bəs bədənimiz üçün nə dərəcədə təhlükəsizdir? Bu sualın cavabını Ferra.ru saytı verib.Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri xəbərdarlıq edir ki, balıqları çiy və ya az bişmiş yemək risklidir. Bunun səbəbi, qida zəhərlənməsi və qida bakteriyaları ilə çirklənmə ehtimalını artırır. Odur ki, hamilə qadınlara belə balıq yemək tövsiyə edilmir.Həmçinin 65 yaşdan yuxarı insanlar, immun sistemi zəif olan insanlar və kiçik uşaqlar üçün çiy balıqdan uzaq durmaq yaxşıdır. Mütəxəssislərin fikrincə, təxminən 63 dərəcə istilikdə bişirilmiş balıq yemək ən təhlükəsizdir. Onun əti qeyri-şəffaf olmalı və çəngəl ilə asanlıqla ayrılmalıdır.