İnsanın meymundan daha çox yaşamasının səbəbləri - Ətlə qidalanma, genlər, yoxsa təkamül?
Dünən, 12:58
Niyə şimpanzelər nadir hallarda 50 yaşına qədər yaşayır, insanlar isə 100 yaşlarını qeyd edirlər? Söhbət təkcə tibb və komfortdan getmir. Alimlər əmindirlər ki, "Homo sapiens"in uzunömürlülüyündə ətin, daha doğrusu, genlərimizin ona reaksiyasının rolu olub.
Bu barədə pravda.ru yazıb.
Qida təkamülün mühərriki kimi
Ətlə qidalanmaya keçməklə insan əcdadlarında yeni genetik mexanizmlər inkişaf etməyə başlayıb. Cənubi Kaliforniya Universitetinin bioloqu Keyleb Finç hesab edir ki, bizə nəinki böyük beyin, həm də uzun ömür verən dəyişikliklərə təkan verən məhz yüksək miqdarda ətin istehlakı olub.
İltihab sivilizasiyanın yan təsiri kimi
Qırmızı ət qocalmanı sürətləndirən və xəstəlikləri inkişaf etdirən təhlükəli vəziyyət hesab olunan xroniki iltihabı aktivləşdirir. Buna cavab reaksiyası olaraq orqanizmimizdə genetik uyğunlaşma başlayıb.
Niyə biz daha çox yaşayırıq?
Tibbin təkmilləşdirilməsi və qidalanmanın yaxşılaşması ilə birlikdə bu genetik yenidənqurma insanlara bioloji yaş həddini aşmağa imkan verdi. Meymunların həyat resursu genetik səviyyədə məhduddursa, insanlarda təkamül "uzunömürlülük" rejimini işə salıb.