Prostat xərçənginə qarşı effektiv dərman tapıldı
5-06-2017, 08:41
Prostat xərçənginin müalicəsi üçün yeni dərmanın kliniki sınağı əla nəticələr verib.
Axar.az BBC-iə istinadla məlumat verir ki, bu barədə “Yeni İngiltərə Tibb jurnalı”nın (New England Journal of Medicine) Britaniya alimlərinə istinadla xəbər yayıb. Qeyd olunur ki, xəstəliyin erkən mərhələsində “Abiraterone” adlı preparatın tətbiqi bir çox xəstələrin həyatını xilas edir.
Tədqiqatlara rəhbərlik edən Birmingham Universitetindən professor Nikolas Ceyms bildirib ki, bu preparat prostat xərçənginin müalicəsində indiyədək onun müşahidə etdiyi bütün dərmanlardan daha təsirli nəticələr verir.
“Zytiga” adı ilə də tanınan “Abiraterone” hormonal terapiya kimi tanınan dərman preparatıdır.
Bədxassəli şişlərin hüceyrələrini öldürən kimyəvi üsulla müalicədən fərqli olaraq, bu preparat testestoranın şişin böyüməsinə imkanı vermir.
Alimlər bildirirlər ki, preparatı təxminən iki min nəfərdə sınaqdan keçiriblər.
Onlardan bir qrupuna yalnız hormonal terapiya preparatları, başqalarına isə hormonal terapiya preparatları ilə yanaşı, “Abiraterone” da verilib.
Nəticədə ikinci qrupda 184, birinci qrupda isə 262 nəfər ölüb.