"Gündə 8 stəkan su" əfsanəsi bitdi
5-06-2017, 08:43
Doğurdanmı insanın gün ərzində 8 stəkan suya ehtiyacı var? İllərdir eşitdiyimiz bu məsləhətin elmi açıqlaması varmı? Doktor Kris Van Tulleken BBC üçün bu əfsanənin arxasında duran həqiqətləri araşdırıb.
Hər gün ərzində daha çox su içməyin sağlamlığa nə qədər faydalı olduğu haqqında reklamlarla rastlaşırıq. Bəzən su istehsalçısı olan şirkətlər bunu reklam xarateri ilə edir, bəzən həkimlər məsləhət kimi verir.
Nədənsə daha çox su içmək barəsində ağ köynəkli adamlar və ya idmançılar danışanda, reklamın təsiri daha da güclənir. İnanmamaq mümkün deyil, gün ərzində tərlə və sidiklə itirdiyimiz mayeni su içməklə bərpa etmək pis olmaz. Lakin indi bu məntiqin əsassızlığı ortaya çıxıb.
Sadə, lakin fərqli bir təcrübə yolu ilə...
Avstraliyalı idman alimləri ilk dəfə bu il fərqli bir təcrübə həyata keçirib. Nəticələri də "British Journal of Sports Medcine" jurnalında dərc olunub. Təcrübənin nəticələrinə görə, çox su içməklə bağlı bu günə qədər verilən bütün tövsiyyələr səhvdir və bədənin susuz qalması istidə performansa təsir etmir.
Avstraliyalı mütəxəssilər idmançılar su içməzsə, bunun onlara necə təsir edəcəyini araşdırıb və bir qrup velosipedçi ilə təcrübəyə başlayıblar. Velosipedçilər çəkilərinin 3 faizini itirənə kimi tərləyiblər. Sonra məşqləri 3 formada davam etdiriblər: Maye qəbul etmədən, itirdikləri tərdən daha az - 2 faiz su itirərək və itirdikləri qədər su içərək. Hər vəziyyətdə onların çəkilərinə nəzarət olunub.
Təcrübə elə bu nöqtədə tam fərqli nəticə verib. Velosipedçilər onlara nə qədər maye verildiyi haqqında heç bir fikrə sahib olmayıb. Çünki maye onlara damardan verilib.
Bu çox mühüm amildir. Çünki idmançılara çox maye qəbul edilməsi haqqında fikirlər psixoloji olaraq daha tez təsir edir. Təcrübənin nəticəsi çox maraqlı olub. İtirdikləri suyu içənlərlə su içməyənlərin performansları eyni alınıb. Bu tədqiqat getdikcə "susadıqca iç" hərəkatının paraçası olaraq həyata keçrilib. Məqsəd idmançıların daha çox su içərək, ölümlə nəticələnəcək hiponatremi yəni, qandakı natriumun həddindən artıq aşağı olmasına yol açmasının qarşısını almaqdır.
Nəticə təəccüblü olmayıb. İnsan bədəni çox isti və quraq havada fiziki işlə məşğul olmağa uyğun, su itkisinə dözümlüdür. Lakin artıq su qəbulu daha təhlükəli nəticələrə səbəb olar. Sadə dillə desək, çox su içmək də, az su içmək qədər təhlükəli nəticələr verə bilər.
8 stəkan su əfsanəsi
Tez-tez gündəlik yemək normasından əlavə, 8 stəkan su içmək lazım olduğunu deyirlər. Suyun bədəni necə yaxşılaşdırdığı, təmizlədiyi, bağırsaqlarımızı necə sağaltdığına dair çoxlu mesaj alırıq. Bir neçə gün su içməsək öləcəyimizi də bilirk. Susuzluğun pis, su içməyin xeyirli olması haqda nəticəyə gəlmək üçün bir məntiq keçidi etmək lazımdır. Cildiniz gözəlləşir, eyniniz açılır, böyrək daşı yaranmasının qarşısını alır, sidiyin rəngi açılır. Suyun faydaları haqqında çox geniş məqalələrə rast gəlmək olar. ABŞ və Fransa xəstəxanalarında işləyən bir qrup tanınmış həkim tərəfindən qələmə alınmış bir məqalədə gün ərzində iki və üç litr su içilməsi dəstəklənir.
Məsələn, məqalədə çox sidik ifraz etmənin böyrək daşlarının yaranmamasına, sidik kanalındakı infeksion xəstəliklərin azalmasına səbəb olduğu yazılır. Bəlkə də, bu məqalədə qarışıq görünəcək amma, çox su qəbul etməyin sidik kanalında xərçəng riskinin artırdığına aid bir referans işi yazılmasına mövzu verib. Lakin mövzuda "kran suyu" içilərsə, deyə fikir irəli sürülür.
Məqalənin sonundakı bu fikirdən anlamaq olar ki, bu hansısa böyük su şirkətin reklamı üçün nəzərdə tutulmuş yazıdır.
Bu mövzunun gündəmə gəlmə səbəblərindən biri də budur. Çünki, içməli su krandan pulsuz axır. Amma onun tərkibində olan bakteriyaların insan sağlamlığına ziyanı olması haqqında fikirlər irəli sürülür. Məntiqlə düşünəndə bunun bir reklam olmasını anlamaq çətin deyil. Bizi gündə iki və ya üç litr su içməyə təşviq edirlər.
Bəs bütün su şirkətləri niyə bu nəticəyə gəlib ki, insan gün ərzində iki və ya üç litr su içməlidir?
Gerçək budur ki, mülayim iqlimdə yaşayan və davamlı olaraq idmanla məşğul olmayan bir insanın gündə orta hesabla 6 və 8 stəkan su içmək ehtiyacı var. Amma onlar bu suyu qəbul etdikləri qidadan, alkollu içikilər, çay və kofedən də alırlar. Dolayısı ilə hamsını su olaraq qəbul etməyə ehtiyac yoxdur.
Qəbul etdiyiniz qidalardan əlavə su içməyin sizə faydalı olması haqqında heç bir elmi sübut yoxdur. Çox su içsəniz sidik ifrazı çox, az içsəniz az olacaq. Hər şey bu qədər sadədir.
Bədəniniz nə qədər oksigen qəbul edəcəyini bildiyi kimi, su içəcəyini də bilir...
Qaynarinfo.Az