Necə inşa edildiyi bilinməyən tarixi abidələr (FOTOLAR)

5-06-2017, 09:50           

Dünyada elə abidələr var ki, necə və hansı texnika ilə tikildiyi hələ də naməlumdur.

"Qaynarinfo" xarici mediaya istinadən həmin tikililərin bir qismini təqdim edir.

Stounhenc, İngiltərə

Yüzlərlə km uzaqda yerləşən daşların buraya necə gətirildiyi hələ də bilinmir. Əfsanəyə görə daş kompleksi cadügər Merlin tərəfindən tikilib.

Baalbek, Livan

Qədim şəhərin qalıntıları olan binanın tikilməsi üçün min tonlarla ağırlığı olan daşların əraziyə necə gətirildiyi bilinmir.

Nyugranc, İrlandiya

İrlandiyada yerləşən bu tikilini 300 il əvvəl tədqiq etməyə başlayıblar. Gün çıxanda yavaş-yavaş otağı işıqlandırmağa başlayır. Batil inanclara görə, ərazi elf və pərilər tərəfindən salınıb.

Şimali Qafqaz dağları, Rusiya



Dağ yamaclarında yerləşən və ağırlıqları tonlarla olan 5 min yaşlı kiçik evlər hamının təəccübünə səbəb olur.

Tikal, Quatemala

Ən böyük Mayya yaşayış məntəqlərindən olan ərazidə hovuzlar, oyun bölgələri, saraylar yerləşir və o dövrdə necə tikildiyi müəmmalıdır.

Böyük Zayatski adasındakı daş labirintlər, Rusiya

Adadakı spiral formalı labirintlərə yerli əhali "Babil" deyir. Bəziləri balıqlar üçün tələ olduğunu fikirləşir, bəziləri isə əyləncə üçün tikildiyini iddia edir. İnsanların çoxu isə ruh dünyası ilə gerçək dünya arasında ayin məbədi olduğunu fikirləşir.

Petra, İordaniya

Dəniz səviyyəsindən 900 m yüksəklikdə yerləşən qayalıqlarda inşa edilib. Məbəd olduğu təxmin edilən tikilinin hansı texnika ilə inşa edildiyi məlum deyil.

Daş kürələr, Kosta Rika

Sakit Okeanın sahilində yerləşən kürələr vandalizmin qurbanı olub. Belə ki, kürələri tapan işçilər içində qızıl olduğunu fikirləşib və zərər verməyə çalışıblar. Ciddi zədə almayan kürələr turistləri cəlb etmək üçün şəhərin mərkəzində yerləşdirilib.

Terrakota ordusu, Çin

Qin Shi Huang məzarında 8 mindən artıq çinli döyüşçü və at qubernatorla birlikdə dəfn edilib. Məzarlıqda yerləşən hər heykəlin ölçüsü fərqlidir.

Timbuktu, Mali

Əfsanəyə görə tikilinin ortaya çıxmasına yaşlı adam səbəb olub. Orta əsr nağıllarında bu yerin adı tez-tez çəkilir.

Pasxa adası, Çili

Sakit Okean sahillərində yerləşən heykəllərin başqa yerdən gətirildiyi bilinir, lakin çox ağır olan bu heykəllərin necə gətirildiyi məlum deyil.

Gülşən












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.