"Qorxu, Trampı belə bir addım atmağa məcbur edir"
4-08-2017, 00:59
Tramp bu gün Avropada miqrantların kütləvi axını ilə bağlı baş verən proseslərdən qorxub
Donald Trampın seçki kampaniyasının əsas vədlərindən biri ABŞ-ın miqrasiya siyasətində qayda-qanun yaratmaqdan ibarət idi. Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bu sözləri işlədib.
Söhbət ABŞ hökumətinin xarici ölkə vətəndaşlarına ABŞ-da yaşamaq icazəsi verən Green Card elektron lotereyasından imtina etmək niyyətindən gedir.
Abbasovun sözlərinə görə, ABŞ-da bu gün ictimai məhsula "ortaq olan", kriminal aləmə keçid edən və kölgə iqtisadiyyatında məşğul olab çoxlu sayda mühacir ver.
"Ona görə də Green Card-la bağlı vəziyyət sadəcə diqqəti yayındırmaq variantı deyil, həm də Trampın yerinə yetirdiyi seçkiqabağı vədidir" — o qeyd edib.
Politoloqun sözlərinə görə, bu addımlar ölkəyə girişə nəzarəti ciddi nəzarətə almaq məqsədi güdür və təsadüfi deyil ki, Tramp bu gün potensial olaraq ölkəyə gələcək şəxslərə qarşı tələblərin sərtləşdirilməsinin vacibliyindən danışır. Mühacirlər artıq ingilis dilini lazımi səviyyədə bilməli, həmşinin müəyyən ixtisasa sahib olmalı olacaqlar.
ABŞ Rusiyaya iqtisadi müharibə elan etdi
"Yəni, bu gün amerikalılar ölkəyə insan axınını nəzarətə almaq istəyirlər və mühacirlərin yalnız ABŞ-ın rifahlarından istifadə etməməsini, onların da bu ölkəyə kömək etməli olduğunu düşünürlər" — politoloq bildirib.
Abbasovun fikrincə, ABŞ-a iqtisadiyyatın inkişafına kömək edə biləcək, ona güclü impulsa verə biləcək insanlar lazımdır: "Bir sözlə, Trampın tələbləri əsaslıdır. Ölkədə və ondan kənarda qayda-qanun prezidentin tətbiq etmək istədiyi yeniliklərin həlledici amilidir".
Onun sözlərinə görə, Tramp bu gün Avropada miqrantların kütləvi axını ilə bağlı baş verən proseslərdən qorxub: "Cəmiyyətə təhlükə törədəcək şəxslərdən qorunmaq üçün prezident inkişaf etmiş ölkələrdə zəhmətsiz yaşamaq istəyən kriminal keçmişli insanların ölkəyə girişini məhdudlaşdırmaq istəyir".
Siyasi icmalçı, "NPR Group" konsaltinq agentliyinin direktoru Dmitri Fetisov qeyd edib ki, ABŞ üçün Green Card lotereyası ilk növbədə ölkənin populyarlaşdırılmasına yönəlmiş özünəməxsus piar-aksiya idi.
"Bu lotereyanın ləğvi Trampın seçki kampaniyası zamanı səsləndirdiyi miqrasiya siyasəti çərçivəsində həyata keçirilən məntiqi addımdır" — deyə o bildirib.
ABŞ Putinin qərarını əsassız adlandırdı
Ekspertin sözlərinə görə, bu təşəbbüs birinci növbədə əsasən işçilərdən ibarət və ABŞ-a köçmək istəyən üçüncü dünya ölkələri vətəndaşlarına zərbə vuracaq.
Onun sözlərinə görə, intellektual və mühəndis ixtisaslı şəxslərin Green Card almaq şansları praktiki olaraq dəyişmir.
Fetisovun fikrincə, bu addımlar ABŞ iqtisadiyyatının fəaliyyəti məntiqinə uyğundur. Bu məntiqə əsasən, iri korporasiyalar istehsalı ucuz işçi qüvvəsi mövcud olan xarici ölkələrdə açmağa üstünlük verirlər, intellektual və mühəndis-texniki ixtisasların nümayəndələri isə ödədikləri vergilərin hesabına büdcənin formalaşmasına əhəmiyyətli töhfə verirlər.
Sputnik.