Cinsi aktivlik üçün kişiyə keçi xayaları köçürülüb... - Ağılalmaz 10 müalicə üsulu

5-09-2017, 08:41           
Cinsi aktivlik üçün kişiyə keçi xayaları köçürülüb...  - Ağılalmaz 10 müalicə üsulu
Tibb tarixi qəribə dərmanlar və qəribə müalicə vasitələri ilə doludur. Dəfələrlə tibb tarixində yer almış qeyri-adi, bu gün çox qorxunc belə görünən müalicə üsulları barədə də məlumatlar təqdim etmişik.

Moderator.az-ın təqdim etdiyi bu yazıda da indiki zəmanədə həm heyrətli görünən, həm də gülüş doğuran müalicə və dərman vasitələri ilə tanış olacaqsınız.

1. İsterikaya düşən qadınlara vibrator tətbiq edilməsi

İsterikaya düşən zaman həkimlər və ya mamaçalar qadınların cinsi orqanlarına bitki yağ sürtüb, bir və ya iki barmaqla masaj edirdilər. Əlləri ilə klitora təzyiq göstərirdilər. Bu növ massajlar sayəsində isterika növbəsindən sonra ani bir yüngüllük baş verirmiş. 1880-ci ildə isə doktor Cozef Granville elektromexanik vibrator patentini alıb və şok keçirən qadınlar üçün istifadə edilməyə başlanıb.

2. Şizofreniya xəstəliyinin müalicəsi üçün tətbiq olunan lobotomiya

20-ci əsrin əvvəllərində psixiatrlar tərəfindən təklif olunan üsul olan "lobotomi"də beyin loblarından biri əməliyyatla alınır. Həkimlər keçmiş illərdə lobotomiya etmək üçün buzdan istifadə edirdilər. Hətta, Doktor Freeman anesteziya istifadə etmədən buzu xəstələrin göz yuvalarına yerləşdirirmiş.

3. Ömrü uzatdığı düşünülən civə

Qədim Farslar və Yunanlar civəni faydalı bir məlhəm kimi istifadə ediblər. Çinli kimyaçılar civədən ömrü artıran maddə kimi yararlanırmışlar. Həmçinin civənin infeksiyayla mübarizədə uğurlu olduğu düşünüldüyü halda, bir tərəfdən də xəstələr civə zəhərlənməsindən ölürmüşlər.

4. Kəskin baş ağrılarından və epilepsiyadan xilas olmaq üçün insan əti və qanı

Romalılar qladiatorların qanının epilepsiyanı müalicə edə biləcəyinə inanırdılar. Əzələ ağrıları və mədə yarası olanlara həkimlər insan əti, qanı və sümük suyu ehtiva edən “iksir” adını verdikləri məlhəmdən istifadə edirdilər. Xüsusilə miqren xəstələri üçün.

5. Qədim Misirdə diş ağrıları üçün istifadə edilən ölü siçan

Hətta püre halına gətirilən siçan başqa komponentlərlə qarışdırılaraq ağrılı bölgəyə sürtülürmüş. İngiltərədə isə siçanlar hətta ziyillər, göy öskürək, qızılca, çiçək xəstəliyi üçün də istifadə edilirmiş.

6. Pəltəkliyi aradan qaldırmaq üçün dili kəsmək

18-ci və 19-cu əsrlərdə həkimlər pəltəkliyin müalicəsi üçün dilin yarısını kəsirmişlər. Əksər xəstələrdə bu müalicə üsulu işə yaramır və xəstələr ölürmuş.

7. Yaralanmalar zamanı istifadə edilən soxulcan tozu

17-ci əsrdə soxulcanlar, donuz beyinləri, mumyalanmış cəsəd parçaları bir toz halına gətirilir və yaralar üçün istifadə edilirdi.

8. Şəkər xəstəliyi üçün istifadə edilən arsen

18-ci əsrin sonlarından 1950-ci ilə qədər malyariya və sifilis üçün, arsen tərkibli dərmanlar artrit və şəkər xəstəliyi müalicəsində istifadə edilirmiş.

9. Cinsi problemlər üçün istifadə edilən keçi yumurtaları

Doktor 1900-cu illərin əvvəlində bir kişinin yumurtalıq torbasına cərrahi üsulla keçi yumurtaları yerləşdirərək gücsüzlüyü, iqtidarsızlığı və digər cinsi problemləri müalicə edə biləcəyini iddia edib. Ancaq əməliyyatın heç bir elmi dəyəri olmayıb və bu müalicə üsulu xəstənin ölümü ilə nəticələnib.

10. Baş ağrısı üçün ilan balıqları

Xroniki baş ağrıları üçün illərlə elektroşokdan istifadə edilibmiş. Daha sonra baş ağrısını yüngülləşdirmək üçün 1762-ci ildə ilan balığının faydalarını ehtiva edən bir məqalə nəşr olunur. Başı ağrıyan adamın hamamda bir əlini başına, digər əlini ilan balığına qoyanda yaxşılaşacağı deyilirmiş…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.