11 sentyabr — Terror aktı, yoxsa xüsusi xidmət orqanlarının təxribatı?

11-09-2017, 12:43           

11 sentyabr terror aktları — Əl-Qaidə terror təşkilatı tərəfindən 2001-ci il sentyabr ayının 11-də ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı həyata keçirilən silsilə terror aktlarıdır.

Yerli vaxtla saat 08:46-da "American Airlines" (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Həmin qüllələr təyyarə hücumuna qarşı durmaq üçün kifayət qədər möhkəm tikilmişdi. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağıdıldı. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da intiharçıların idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirildi.


"Ölkə.Az" bu gün oxuculara 11 sentyabr hadisələrinin pərdəarxasından bəhs edəcək. Bu məsələ ilə bağlı bir neçə versiya var.

1. Güc strukturları məlumatlı idi

"Əl-Qaidə" terrorçuları qanunsuz yolla ABŞ-a daxil olublar və 4 sərnişin təyyarəsini qaçırıblar. Onlardan ikisi təyyarənin birini Ümumdünya ticarət mərkəzinə, digəri Pentaqon binasına yönəldib. Digəri isə qəribə manevrlər edərək Pensilvaniyada yerə çırpılıb. İstintaq göstərdi ki, MKİ bu insanların terrorçu olduğunu əvvəldən bilirdi. Amma sərhəd xidmətini bu barədə məlumatlandırmayıb.

Faciədən bir müddət sonra, 7 oktyabr tarixində ABŞ terrorçuları zərərsizləşdirmək üçün Əfqanıstana soxuldu. 2003-cü ildə ABŞ İraqa soxuldu. Amma burada iddia edildiyi kimi Səddam Hüseynin kimyəvi silahları tapılmadı. Hər iki ölkədə NATO qüvvələri qalır. Amma Yaxın Şərqdə xaos olduğu kimi qalır və dünyada terror aktları hələ də davam edir. Bu 16 il ərzində Pentaqon orduya 6 trilyon dollar xərcləyib. Bu səbəbdən bir çox konspiroloqun fikrinə görə bu terror aktı əvvəlcədən düşünülmüş idi.


2. Partlayıcı maddə

Bu teoriyanın əsas arqumenti qüllələrin aşağı doğru qəflətən çökməsidir. 2009-cu ildə beynəlxalq istintaq qrupu bildirdi ki, binanın dağıntılarının kimyəvi analizi göstərdi ki, termitdən, yəni yanan maddədən istifadə edilib. Bu maddə poladı əridə bilir. Onun əriməsi üçün 1500 dərəcə istilik lazımdır. Amma normal şərtlərdə aviasiya yanacağı cəmi 1000 dərəcə istilik verə bilir.

Rəsmi komissiyanın hesabatında isə metal konstruksiyanın əriməsi göstərilmir. Hesabatda bildirilir ki, binanın çökməsinə səbəb polad karkasın zədələnməsi və zəifləməsidir. Çünki təyyarələr toqquşduqdan sonra yanğın başlamışdı.

3. Yeraltı nüvə partlayışı

Bu teoriya 1960-cı illərdə yaranan bir əfsanəyə əsaslanır. Guya Nyu-York hökuməti tikinti şirkətlərinə bir şərtlə bina inşa etməyə icazə verirdi. Layihədə gələcəkdə ehtiyac yaransa, binanı problemsiz yox etmək üsulu təqdim edilirdi. O dövrdə isə arxitektorlar hər binanın altına yerləşdirilmiş kiçik nüvə bombası ilə binanı məhv etməyi təklif edirdilər. 40 il sonra isə Amerika xüsusi xidmə orqanları məhz bu üsuldan istifadə ediblər. Deyilənə görə nüvə bombası 100 metr dərinlikdə olub. Amma radiakiv çirklənmə olmadığını deyən tərəf bu versiyanın əleyhinə çıxış edir.

4. Pentaqon binasına kim hücum edib

Rəsmi versiyaya görə üçüncü təyyarə ABŞ müdafiə nazirliyi istiqamətində hərəkət edib. Amma 6 ay sonra fransalı siyasi aktivist Tyerri Meysan "9/11:dəhşətli yalan" kitabını yazır. Burada yazıçı faktlardan istifadə edir. "Boinq 757"nin uzunluğu 50, qanadlarının eni isə 38 metrdir. Pentaqon binasında dəliyin eni isə 20 metrdir. Toqquşma bucaq altında baş verib. Bu necə ola bilərdi? Meysanın versiyasına görə amerikalı hərbçilər binanı idarəedilən raketlə partladıblar. Bina ilə toqquşan təyyarənin qalıqları isə harasa yoxa çıxıb.


5. Dördüncü təyyarəni ABŞ hərbi hava qüvvələri vurub

Terrorçuların ələ keçirdiyi təyyarələrdən biri Nyu-Yorkdan San-Fransiskoya uçurdu. Silahla hədələyən terrorçu şturval arxasına keçir və təyyarəni Ağ Ev istiqamətində sürür. Ekipaj üzvləri və sərnişinlər təyyarəni terrorçuların əlindən almağa çalışıblar. Pilot kabinində əlbayaxa döyüş də baş verib. Təyyarə idarəetməni itirərək yerə çırpılıb.

Müstəqil tədqiqatçılar bu fakta diqqət yetirirlər: təyyarənin qalıqları müxtəlif istiqamətlərə səpələnib. Mühərrikin detalları bir-birindən 3 mil aralı, baqaj hissəsi isə insident baş verən ərazidən 8 mil aralıdan tapılıb. Güman edilir ki, təyyarə elə havadaca dağılmağa başlayıb. Bu isə raket zərbəsindən sonra ola bilərdi. Bu zaman əkiz qüllələr dağılmışdı. Güman edilir ki, ABŞ hərbi hava qüvvələri 44 sərnişini olan təyyarəni harasa çırpılmadan əvvəl məhv etmək qərarına gəliblər. Sərnişinlərin doğmalarına zəngi isə saxta faktdır.
İndi isə başqa faktlara keçək.

2015-ci ildə Londonda MKİ əməkdaşı Simon Kotsun meyiti elə öz evində tapılır. Hadisədən 2 ay əvvəl o, 11 sentyabr hadisələrinin xüsusi əməliyyat olduğu barədə bəyanat səsləndirmişdi. Agent bildirirdi ki, bunu sübut edən faktlara sahibdir. 2015-ci ilin sentyabr ayında Kots faktları və sənədləri təqdim edəcəkdi. 3 sentyabr tarixində isə öldürüldü.


2014-cü ilin 13 aprel tarixində də amerikalı yazıçı Maykl Ruppert güllələnib. Yazıçı 11 sentyabr faktlarını araşdıranda maraqlı informasiya əldə edib. Məlum olub ki, MKİ gizli əməliyyatlarını maliyyələşdirmək üçün məşhur neft şirkətlərinin dəstəyi ilə narkotika alveri ilə məşğul olub.

2013-cü ildə isə agent Filipp Marşalın meyiti evində tapıldı. Filiplə yanaşı onun azyaşlı uşaqları da öldürülüb. MKİ-nin 11 sentyabr hadisələrində əli olduğu iddia edilirdi. Marşal isə sənədləri üzə çıxaracağına söz vermişdi.

Simon Kotsun dostları bildirir ki, agentin əlində olan sənədlərdə prezident Buşun əkiz qüllələr və Pentaqona edilən hücumla əlaqəli olduğu sübut edilir. Məxfi materiallar, qaralama və əlyazmalar yoxa çıxdı.

Maraqlıdır ki, rəsmi versiyada dağılan üçüncü qüllə barədə məlumat yoxdur. Amma 7 nömrəli üçüncü bina da Ümumdünya Ticarət Mərkəzinə daxildir. Bu binaya təyyarə çırpılmayıb və terror hücumu edilməyib. 47 mərtəbəli binanın təməli metal konstruksiyadan ibarətdir. Bu bina sunami və qasırğaya, güclü zəlzələyə qarşı dözümlü idi. Amma 7 saniyəyə məhv oldu. Yanğınsöndürənlər isə bir neçə saat əvvəldən təxliyyə edilmişdi.

Binaların sahibi daşınmaz əmlak maqnatı Larri Silverstayndır. Hadisədən 6 həftə əvvəl əkiz qüllələr və 7 nömrəli binanın kirayə müqaviləsini imzalayır. Onun rəqibləri təəccübləndilər. Çünki bu binalar "ağ fil" adlandırılırdı. Onların saxlanılması üçün milyonlarla dollar vəsait lazım idi. Binanın əvvəlki sahibi qüllələri sökərək yerində yaşayış binası inşa etmək istəyirdi. Şəhər hökuməti isə etiraz etməsələrdə, binanı sökməyə icazə vermirdilər.

Bu fakt sübut edir ki, əkiz qüllələr kiməsə mane olurdu. Bu zaman isə iş adamı Larri Silverstayn peyda olur. Onun hakimiyyətlə sıx əlaqələri var idi. İş adamı qüllələrə görə 3 milyard dollar pul ödməyə hazır idi. O, qısa müddətə 99 illik müqavilə imzalayır. Bununla yanaşı Larri çox yüksək məbləğdə sığorta müqaviləsi imzalayır. Larri icarə üçün cəmi bir az məbləğ ödəyir və sonra binalar uçur.

Başqa bir versiyaya görə isə, bu barədə yuxarıda danışmışdıq, binalar 60-cı illərdə minalanıb.


Əriyən qızıl

2007-ci ildə Fidel Kastro xalqa müraciət edib. Kubalı lider bildirib ki, 2001-ci ilin terror aktları Ümumdünya Ticarət Mərkəzinin zirzəmisində saxlanılan və yoxa çıxan 100-lərlə ton qızıla görə baş verib.

Cənubi Şərqi Asiyanın kral ailələri ilə işləyən bir alim deyib: Bu kral ailələri "Dragon family" adlandırılır. Mətbuatda ağ əjdaha, sarı əjdaha, qara əjdaha və s. haqqında məlumat paylaşılır. Bu ailələrin sayı yeddidir. Federal Rezerv Sistemini quranlardan biri də bu ailələrdir.

Kennedinin hakimiyyəti illərində Əjdaha ailələri növbəti qızıl partiyasını Amerikaya təhvil veriblər. Kral ailələrinin verdiyi qızılın dəyəri 144 milyard dollar idi. 2000-ci ildə Əjdaha Ailəsi qızılı geri qaytarmağı xahiş edir. Sonra isə bu terror aktı baş verib. Sonra isə FTB 19 terrorçunun siyahısını tərtib edib. Amma məlum olub ki, onların bir hissəsi hələ də sağdır. Hətta terrorçuların təyyarədə olduğunu sübut edən faktlar da çox azdır. Hücum maliyyə obyektlərinə edilib: banklar, broker şirkətləri, qiymətli kağız ofisləri, Pentaqonun mühasibatlığı.

10 sentyabrda isə ABŞ müdafiə nazirinin müavini bildirib ki, Pentaqon büdcəsinnən trillionlarla dollar yoxa çıxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.