Rusiyanın ABŞ-ı 15 dəqiqədə yox edə biləcək silahı... - Harada yerləşir? (FOTO,VİDEO)

14-09-2017, 21:29           
Rusiyanın ABŞ-ı 15 dəqiqədə yox edə biləcək silahı... - Harada yerləşir? (FOTO,VİDEO)
Bəzi konspiroloqlar “Harvi”, “İrma” qasırğalarının ölkədə Trampın hakimiyyətini qorumaq məqsədilə hərbi vəziyyət elan edilməsi üçün Pentaqonun özü tərəfindən törədildiyini iddia edirlər...

(Mövzuya dair öncəki yazını bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/191648.html)
Amerikada indiyədək hələ də Dövlət Dumasının sədr müavini Vladimir Jirinovskinin 2011-ci ilin mayında söylədiyi ABŞ-ın heç kimin tanımadığı yeni rus silahı sayəsində yox olacağı barədəki sözlərindən qorxu içindədirlər. Jirinovskinin iddiasına görə, Rusiya 15 dəqiqə ərzində heç bir partlayış, lazer işığı və ya şimşək olmadan planetin hər hansı bir hissəsini məhv edə bilər. “Bütün qitələr əbədi olaraq yatacaq”, - deyə RLDP lideri bəyan edib.

Rusiyada 237 km diametrli hərbi təcrid olunmuş ərazidə hansı məxfi qurğu yerləşir?

Jirinovski tipli siyasətçilərin dedikləri xeyli inandırıcı görünməsə də, maraqlıdır ki, ABŞ-ın öz nəşrləri Rusiyanın super-silahı haqda araşdırmalar dərc edir, alimlər bəzi faktları təsdiqləyirlər. Rusiyanın yeni super-silahı və onun ABŞ-a qarşı tətbiqinə hazır olması haqda bu sözləri, analitiklər San-Fransiskoda Rusiya diplomatik mülkiyyətinin çəkilməsindən sonra Nijeqorod vilayəti Vorotinski rayonunun Vasilsursk fəhlə qəsəbəsi ətrafında 48 saat ərzində 237 kilometr uzunluğunda “təcrid olunmuş zona” yaradılmasıyla əlaqələndirirlər. Zona 7 S-500 batareyası ilə tamamilə qorunur və bu, onun planetimizin ən qorunan yerlərindən biri edir. Vasilsursk- Rusiya Radiofizika Tədqiqat İnstitutunun nəzarəti altında ionosferik “SURA” termal aparatı kimi tanınan nəhəng sınaq qurğusunun yerləşdirildiyi məkandır. Həmin təsisatı ABŞ-ı bir həmləyə məhv edə biləcək Rusiya “HAARP”-ı(ABŞ-ın iqlim silahı) hesab edirlər.

Rusların “SURA”sı ABŞ-da super-vulkanı da oyada bilər?

Amerikalılar hesab edir ki, “SURA” güclü və idarə olunan elektrik şüalarını Amerika Birləşmiş Ştatları üzərindəki atmosfer qatlarına yönəldib. Və bu silah 2010-ci ildə Haitidə olduğu kimi güclü zəlzələlər törədə bilər. Xatırladaq ki, Venesuelanın mərhum prezidenti Uqo Çaves Haitidəki zəlzələnin törədilməsində Birləşmiş Ştatları ittiham etmişdi. Rusiya ionosferin kütləvi ionlaşması üçün nəzərdə tutulmuş “SURA” qurğusu ətrafında hərbi təcridolunma zonası yaratdıqdan cəmi bir neçə saat sonra Ayhado ştatının cənub-şərqində yerləşən məxfi nüvə silahı istehsal edən Indiyussk Milli laboratoriyasını (INL) güclü zəlzələlələr seriyası sarsıdıb. Qərb analitiklərinin fikrincə, həmin zəlzələlər yalnız bir xəbərdarlıq idi. Gerçək hədəf isə artıq bu il ərzində yaxınlığında 2300 zəlzələ baş vermiş Yellostoun super-vulkanı olub. Bu olaylar Jirinovskinin sözlərinə qorxuducu və inandırıcı rəng qatır. “Bizdən hətta ən kiçik adanı salamat almaq istəyirsinizsə, siz binalarınızın xarabalıqlarını qazmalı olacaqsınız və sizdən 120 milyon nəfər öləcək”, - deyə Liberal Demokrat Partiyasının lideri xəbərdar edir.


“Harvi”ni amerikanlar özləri törədib?..

Ədalət naminə demək gərəkdir ki, heç də hamı “Harvi” qasırğasını Putinin əməli kimi qiymətləndirmir. Bir çox ekspertlər iddia edir ki, bu fəlakət ABŞ-da hərbi vəziyyətin tətbiqinə şərait yardılması üçün Amerika meteoroloji silahları vasitəsilə törədilib. Bu haqda “News Punch” nəşrində dərc edilmiş məqalədə deyilir: “ABŞ Federal Təcili Yardım Agentliyi (FEMA) Texasda hələ uzun illər fəaliyyət göstərəcəyini etiraf etdi. İqlim savaşları nəzəriyyəçiləri hesab edir ki, bu, sadəcə, Amerikada Trampın hakimiyyətini qorumaq məqsədilə hərbi vəziyyət elan etmək və əhalinin əsarət altına alınması üçün istifadə olunacaq bütün ABŞ boyu iqlim fəlakətlərinin geomühəndis tədqiqatlarının aparılmasına bir bəhanədir. Çox sayda müşahidəçi, meteoroloji veb-saytlar və analitiklər “Harvi” qasırğasının temperatur tənzimlənməsi və kimyəvi traslar (chemtrail) yaratmaq üçün işlənilən yerüstü qurğular vasitəsilə layihələşdirilərək “meteoroloji silah”a çevrilməsini sübut edən tutarlı dəlillər təqdim ediblər. Məqalədə ABŞ-ın iqlim silahına malik olmasını, onu fəal şəkildə sınaqdan çıxarmasını, “Harvi”nin süni şəkildə yaradılmasını təsdiqləyən və qasırğaların yaradılması texnologiyasını izah edən çox sayda video-sübutlar da göstərilir.



Amerikalı tədqiqatçılar Rusiyaya münasibətdə isteriyadan, boş hay-küydən qaçmağı və ABŞ-dan böyük həbs düşərgəsi yaratmağa çalışan daxili güclərə diqqət etmək gərək olduğunu məsləhət görürlər.
ABŞ-ın nəhəng “HAARP” meteoroloji silahı və onun vasitəsilə “Harvi” tipli qasırğaların törədilməsinin mümkünlüyü haqda, inşallah, növbəti yazılarımızdan birində bəhs edəcəyik.
moderator.az
[media=https://www.youtube.com/watch?v=agNTDTzev6Y]














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.