Naməlum canlılara aid genlər aşkarlandı
15-09-2017, 10:10
Avstraliyanın Kvinslend universitetinin alimləri canlı orqanizmlərlə yanaşı, naməlum varlıqlara aid olduğu düşünülən bakteriya və mikroorqanizmlər aşkar ediblər. Onların üçdə birinin aid olduğu canlılar hələ də elmə məlum deyil.
Publika.az xəbər verir ki, “Nature Microbiology” jurnalında dərc edilən materialda qeyd edilir ki, 8 mindən çox mikroorqanizm aşkarlanıb.
Aparılan təcrübələr sübut etmişdir ki, temperatur mikrob populyasiyalarının həyatında nəzəri və praktik baxımdan böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, digər canlılar kimi mikroorqanizmlərin tənəffüsü zamanı (CO2) ayrılır ki, bu da istixana qazlarından biri hesab olunaraq, atmosfer havasını çirkləndirərək ekoloji dəyişkənliyə səbəb olur. Tapılmış mikroorqanizmlərin əksəriyyəti (99 faiz) ekstremofillərə, aktinomisetlərə aid olduqları üçün onların həyat fəaliyyətinin temperaturdan asılılığı torpaq mikroorqanizmləri içərisində ən çox diqqət çəkir. Yəni onların mövcud olduğu şərait başqa orqanizmlərin həyatı üçün əlverişli deyil.
Onlar yüksək duzluluq, turşuluq dərəcəsi və ya qələvi dərəcəsi yüksək olan hidrotermal mənbələrdə, zəhərli şaxta sularının tərkibində və s. yaşaya bilirlər. Ona görə də ekstremofilləri praktik cəhətdən laboratoriya (in vitro) şəraitində bəsləmək və müşahidə etmək mümkün deyil.
Belə bakteriyaların və mikroorqanizmlərin öyrənilməsində alimlər ən çox metaqenomiki metodlarından istifadə edərək onların tərkibinin DNT analizini tədqiq edir. Alimlər ətraf mühitdən çıxarılmış bütün bakteriyaların genetik tərkibini öyrənir.
Alimlər mikroorqanizmlərin tərkibində aşkarladıqları xüsusi turşular daha əvvəl əldə olunan nəticələrdən fərqlidir. 7280 bakteriya və tarixi kifayət qədər qədim olan 623 gen aşkarlanıb. Onlar elmə məlum olmayan 20 mikroorqanizm tipini və “SHA-109” bakteriyasını babui ifrazatları və palma yağının tullantılarından əldə ediblər.