Prezidentin həyat yoldaşı ilə münasibətləri haqqında heç kimin bilmədiyi 7 MARAQLI NÜANS - FOTO
20-09-2017, 09:13
Onların nikahı başdan-başa ziddiyyətlidir: böyük yaş fərqi, Trampın ideal olmayan reputasiyası, həyat yoldaşının dünya mətbuatında yayılmış lüt şəkilləri və ilaxır... Heç nəyə baxmayaraq, Donald və Melaniya 18 ildir birlikdədir və ictiamiyyət arasında alovlu hisslərini nümayiş etdirməsələr də, bir-birini dəstəkləməyə davam edirlər.
Publika.az bu yazıda oxucuları dünyanın maraqla izlədiyi cütlüyü ilə bağlı diqqətçəkən faktlarla tanış edib.
İlk görüş zamanı Melaniya Donalda öz telefon nömrəsini verməkdən imtina edib
Melaniya Knavs və Donald Tramp 1998-ci ildə Nyu-Yorkda, əyləncə gecələrindən birində tanış olub. Hərçənd milyarder gecəyə tək təşrif buyurmasa da, yoldaşı tualetə gedən kimi o, dərhal cazibədar modelə yaxınlaşaraq tanış olmağa can atır. Lakin model biznesmenin tanışlıq təklifinə rəd cavabı verir. Əvəzində model Amerikanın gələcək prezidentindən onun şəxsi nömrəsini alır. Melaniya bu hərəkətini Trampın niyyətinin nə qədər ciddi olduğunu yoxlamaq istəyi ilə izah edib.
“Əgər ona öz nömrəmi versəydim, ona zəng edən qadınlardan sadəcə biri olardım. Mən anlamaq istəyirdim ki, onun niyyətləri nə qədər ciddidir. Kişinin sizə hansı nömrəsini verdiyinə əsaslanaraq onun haqqında çox şey demək olar. O, mənə bütün nömrələrini yazmışdı”.
Melaniya Trampın "GQ" jurnalına müsahibəsindən
1,5 milyon dollarlıq nişan üzüyü
Donald Trampı romantik adlandırmaq olmaz, amma sevdiyi qadına qarşı səxavətli davrandığını dana bilmərik. Məsələn, Melaniya üçün nişan üzüyünü şəxsən milyarder özü seçib. Yeri gəlmişkən, 12 karatlıq brilyant üzüyün qiyməti 1,5 milyon dollardır. Ən maraqlısı odur ki, milyarder nişan üzüyünü zərgərlik markasının reklamına əvəz olaraq böyük endirimlə alıb.
Tramp bu hərəkətinə görə onu tənqid edənlərə “Yalnız axmaqlar deyər ki, “Yox, mən bu üzüyə əlavə bir milyon dollar da ödəmək istəyirəm”, - deyə cavab vermişdi. Hər halda bu mövzuda mübahisə etmək yersizdir.
Çoxları onların nikahını saxta hesab edir
Trampın Melaniyadan 24 yaş böyük olması, maliyyə durumu, onun dəlisov xarakteri və Melaniyanın "itaətkarlığı" - bütün bunlar ictimaiyyətdə tez-tez sual doğurur. Bəziləri güman edir ki, onların nikahı saxtadır, çünki bu cütlüyün ümumi heç nəyi ola bilməz! Ər-arvad isə gəzən şayiələri daim təkzib edir. Melaniya iddia edir ki, onların arasında bağlılıq ilk görüşdən yaranıb. Donaldın sözlərinə görə, onlar xanımıyla bir-birinə mükəmməl yaraşırlar.
“Mən düşünürəm ki, sevgisiz, qarşılıqlı duyğular olmadan heç kimlə birlikdə ola bilməzsən. Sən təmtəraqlı mənzildə yaşaya bilməzsən”.
Melaniya Trampın “The New York Times” qəzetinə verdiyi müsahibədən bir hissə
Tramp Melaniyaya kökəlməyə icazə vermir
Melaniya Tramp 47 ildir qüsursuz bədən quruluşuna malikdir. Şayiələrə görə, Donald öz xanımının zahiri görünüşünə böyük təsiri göstərir, başqa sözlə desək, ona kökəlməyi qadağan edib. Əlbəttə ki, bir vaxtlar model kimi fəaliyyət göstərən Melaniya özünə kökəlməyi rəva görməz. Amma mənbələrə inansaq, Donald Melaniyanın çəkisinə o qədər diqqət edir ki, hətta ona hamilə olmağı yalnız bir şərtlə icazə verib: o, doğuşdan sonra tezliklə əvvəlki formasına qayıdacaq. Yeri gəlmişkən, birinci xanım elə belə də edib...
Melaniya əri ilə əl-ələ tutmağı sevmir
Xairici KİV-lər Melaniyanın qadın kimi xoşbəxt olmaması ilə bağlı tez-tez yazılar dərc edir. Məsələ ondadır ki, birinci xanım bir neçə dəfə ərinin əlini itələyən zaman görüntülənib. Birinci ledinin Donald Trampın əlindən tutmaq istəməməsi bizə deməyə əsas verir ki, o, həyatından narazıdır. Odur ki, ona "ABŞ-ın ən kədərli birinci xanımı" ləqəbi veriblər: onun üzündə təbəssüm nadir qonaqdır.
“Mən həmişə Donaldla razılaşırammı? Xeyr. Hesab edirəm ki, bu hal sağlam münasibətlər üçün normaldır. Hər şeyə “hə” deyən insanlardan deyiləm. Kiminlə ailə qurmağından asılı olmayaraq, sən öz həyatını davam etməyə onsuz da məcbursan”.
Melaniya Trampın “Harpers Bazaar” jurnalına verdiyi müsahibəsindən.
Donaldı xəyanətdə ittiham edirlər
Trampın seçkiqabağı kampaniyası zamanı onun şəxsi həyatından çox qərəzli təfərrüatlar üzə çıxırdı. Belə ki, “People” nəşrinin jurnalisti Nataşa Stroynoff milyarderi ona təcavüzdə günahlandırmışdı. Bundan başqa, ictimaiyyət məhkəməsinə qadınlarla ünsiyyət qurması ilə lovğalanan Donaldın telefon söhbətini təqdim etmişdilər. Bütün bunlara baxmayaraq, Melaniya ərinin müdaifəsinə qalxır və belə hadisələrin müzakirəsini provokasiya adlandırır. Melaniya “CNN”ə müsahibəsində vəziyyəti şərh edib:
"Bu sözlər mənim üçün təhqiredici idi, onlar yersiz ittihamlar idi. O, mənim qarşımda üzr istədi və mən onun üzrlərini qəbul etdim. Biz gələcəyə baxırıq”.
Melaniya Donald Trampın əsas dayağıdır!
Melaniya ərini hər zaman dəstəkləyir. ABŞ-ın dövlət başçısı modellə nişanlandıqdan sonra etiraf edib ki, Melaniyayla keçirdiyi 5 il onun həyatında ən müvəffəqiyyətli illər olub. Ola bilsin ki, birinci xanım rolu Melaniyanın həqiqətən də xoşuna gəlmir. Elə bu səbəbdən də qərb mətbuatı onu tez-tez qınayır. İstənilən halda keçmiş model öz vəzifələrini səylə icra etməyə çalışır və onlardan boyun qaçırmır.
D.Tramp bir neçə il əvvəl verdiyi müsahibəsində xanımına olan hisslərini belə ifadə edib:
"O, sübut etdi ki, ona etibar edə bilərəm. Biz artıq 5 ildir birlikdəyik və bu beş il mənim üçün ən müvəffəqiyyətli illər olub. Mən düşünürəm ki, bunda Melaniyanın da təsiri var”.