Yadplanetlilər Yerə çox asanlıqla yaxınlaşa biləcəklər

21-09-2017, 09:12           
Yadplanetlilər Yerə çox asanlıqla yaxınlaşa biləcəklər
Belfast Kraliça Universitetinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində Günəş sistemindən kənarda planetlərin aşkarlanması üçün yeni bir üsul hazırlanıb.

Moderator.az xəbər verir ki, alimlər ilk dəfə olaraq, Günəş sistemi xaricindəki planetlərin açıq səmanın hansı hissəsindən keçdiyini müəyyənləşdirərək, bu tapıntılarına transitler adını veriblər.
Universitetin elmi komandası həmin kəşfin sayəsində Günəş sistemi xaricində aşkarlanan minlərlə planetin yalnız 68-də həyatın ola bilməsi ehtimalının olduğunu müəyyən edib. Həmçinin, transitler vasitəsilə Günəş sistemindən keçən yeni xırda planetləri də görmək mümkündür.

Belfast Kraliça Universitetinin mütəxəssisi Robert Valls Günəş sistemi xaricində hərəkət edən böyük planetlərin Günəş sistemi daxilində olan yalnız üç planeti - Merkuri, Venera və Yeri görə bildiklərini açıqlayıb.

Yəni, konkret desək, əgər Günəş sistemi xaricindəki planetlərdə həyat varsa və orada paralel dünya sakinləri yaşayırlarsa, o zaman Saman yolu qalaktikasına aid yalnız üç planetə - Merkuri, Venera və Yerə ayaq basa bilərlər.

Hamıya məlumdur ki, bizim dünyamızın da yer aldığı bu üçlük Günəş sisteminin ən kiçik planetlərindəndir. Məsələn, Yupiter Yerdən 133 dəfə böyükdür. Amma sırf Günəşə yaxın olmaları bu planetlərə gələcəkdə yad varlıqların ayaq basmasını təmin edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.