Narkoman otpuskaya çıxar amma pensiyaya yox-Narkomanla söhbət
29-09-2017, 14:29
Narkoman otpuskaya çıxar amma pensiyaya yox-Narkomanla söhbət
Azərbaycanda narkomaniya cavanlaşaraq, 13-14 yaşa belə keçib, lakin 20-25 yaş arasında kütləviləşmə daha çoxdur”
ABŞ Dövlet Departamentinin 2007-ci il Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası adlı hesabatına görə, Azərbaycan əsas narkotranzit ölkələrdən biridir. Beləliklə, sənədə görə, Azərbaycan Əfqanıstandan və Mərkəzi Asiyadan Qərbi Avropaya, o cümlədən Irandan Rusiyaya, oradan da Qərbi Avropaya qədər olan narkotranzit marşrut boyunca yerleşən bir ölkədir. Narkotiklərdən yerli istifadə və ölkə ərazisində bu cür maddələrin becərilməsi, hələlik aşağı səviyyədə olsa da, sənədə görə, Azərbaycanın əsas problemi tranzit ölkəyə çevrilməsidir.Qeyd edek ki, Azerbaycanda 180-200 min narkoman olduğu deyilir ki, onların da 30-35 faizi telebelerdir. Lakin Azerbaycan hökumətinin rəsmi statistikasında bu rəqəm 18 min göstərilir. Ekspərtlər ölkənin sərhəd qoşunlarının lazımi ləvazimatla təmin edilməməsi ve treninqlerin zeif keçirilmesinin narkobiznese qarşı effektiv mübarizə aparmağa imkan vermədiyi qənaətindədir.
Qeyd edək ki, narkotik maddə istifadəçilərinin çoxu əsas şəhərlərdə və Iranla sərhəddə yerleşən Lənkaran rayonunda (64,6 faiz) yaşayır. Hətta gənc qadınlar arasında da narkotik maddlərdən istifadə halları çoxalıb. Lənkarandan sonra həmin sırada Bakı ve Gəncə durur.
Dövlət Departamenti hesab edir ki, beynəlxalq narkoticaretin qarşısını almaqda ortaya çıxan əsas problem korrupsiyadır.Kimlərsə pul qazanır ,kimlərsə bu bəlanın qurbanına çevrilir .Bu günki müsahibim narkomanyanın qurbanı olan və öz etiraflarını tam səmimi BakuPress.Az-a bildirən 47 yaşlı Zakir Səfərovdur(Adı şərti verilib)Qeyd edim ki,müsahibimiz vaxtı ikən çempion olub ,tanınmış idmançı olub .Sənətin ən pik zirvəsində olduğu bir vaxtda narkotik adlı bəlanın qurbanına çevrilib
-Neçə yaşında narkotik istfadiçisən?Və bu bəlaya nə vaxtdan düçar olmusan səbəb nə idi?
-25 yaşımdan artıq heroin qebul edirəm ,iynə vururam amma amma əvvəllər ara sıra marixuana qəbul edirdim.Ətrafımda insanlar var idi ki,iynəni"prob " etməyi məsləhət gördülər ləzzətli bir həzz olduğunu dedilər və marağa məndə bunu etdim.Bu maraq məni ömürlük bu bəladan aslı vəziyyətə saldı.Səbəb yalnız maraq oda görünür iradəmin zəifliyi və çox səmimi olmağımdan irəli gəldi.
-Heç bu bəladan qurtarmağa cəhd etmisən?
-Bilirsiniz kimsə desə ki,narkotikdən müalicə olmaq olur və bir dəfəlik bundan xilas olursan inanmayın .Çünki belə bir söz var narkoman "otpuskaya "çıxır amma pensiyaya çıxmır.22ildir iynə vururam dəfələrlə müalicə almışam bir müddət keçir bədəndən müəyyən ağrılar getsədə beyindəki ağrilar qalır bundan əlavə ətrafım dolu biri iynə vuran kimi beynimdəki həmin reaksiyalar baş verir və təkrar otrursan "mala"...
-Axı məncə bu ağrıdan çox iradə zəifliyindən irəli gəlir?
-Xanım bilirsiniz necədir?Bax narkomanam tutalım bu bəladan uzaqlaşdım onsuz adamla ,ətraf cəmiyyət inanmır mənə deyirlər əşi bu düzələn deyil faktiki düzəlirsən nəsə bir yaxşı iş görmək istəyirsən sənə "dırnaqarası "baxırlar.Səndə fikirləşirsən ki,onsuz düzdə olsam artıq mən məh olmuşam heç kimi mənə inanmır elə özümə niyə zülm edirəm...
-Axı bu "ağ ölümlə "özünüzü ölümə aparırsınız?
-Narkoman onsuzda ruhən ölüdür ,cismi yaşayır bizim üçün həyat 10 manatlıq bir set "maldan "başlayır...Narkoman üçün ailə,ana,bacı,qardaş,qohum hər bir şey 10 manatlıq bir şiprilik "mala"bərabərdir.Siz o ağrıları bilməzsiniz o ağrılar tutanda doğma övladdan belə keçə bilərsən bir şpris "mala"görə...Narkotik bayaq dedim tək bədəni deyil,beyinin bütün hüceyrələrini məhv edib iflic edir.
-Heç yanınızda dozadan ölən olub?
-O qədər... İlk məni bu bəlaya düçar edənlərdə ölüblər.Gözümüzün önündə gediblər.Yenə deyirəm narkoman üçün həyat iynə vurduqdan sonra başlayır.Bu xərçəngdəndə ağır bir xəstəlikdir xəeçəng Allah tərəfindən gəlmiş dərddir bu isə insanların özlərinin özlərinə düçar etdiyi və sağalmaz bir dərddir...
-Deyirsiniz cəmiyyətdə narkomanlara kakktus tikanı kimi baxır hamı onlardan uzaq qaçır...Sizidə bu bəlaya düçar edənlər olub ,bəs siz kimisə ilk dəfə iynə vurmağa vadar etmisiniz?
-Mən yox yanımda çox ediblər amma birdə bu bəlaya ən çox ürəyi sadə,saf və iradəsi zəif birazda pulu çox olanlar vadar olur.Tutaq ki,mən narkomanam artıq pulda yoxdur bayaq dedim narkoman üçün doğma yaxın insan yoxdur onun üçün ən əziz dost ,doğma olan narkotikdir.Odur ki yeni pulu olan birini hədəfə alırsan ki,onunla birlikdə narkotiki ala biləsən...
-Bəs necə etmək olar ki narkomanların qarşısın alsınlar və cəmiyyəti ağ ölümdən xilas etsinlər.
-Mənim fikrimcə necə ki,müəyyən qorxulu xəstələr xüsusi yerlərdə saxlanılır.Narkomanlar üçündə xüsusi bağlı şəhərcik kimi salib orda salamalı və onların gündəlik dozalarını dövlət pulsuz verməlidir ki,onlar ətrafa ziyan vurmasınlar...Birdə ölkəyə bunun gətrilməsinin qarşısı alınsın kimlərsə pullanır biznes qurur millətin balası məhv olur...Heç kimə rəva bilmirəm heç düşmənimində balası bu bəlaya düçar olmasın.Amma narkomana cinayətkar kimi baxmaqdansa ömürlük xəstə kimi baxsınlar onların psixalogiyası korlanıb ,onlara bu cür rəftar etməklə dahada təhlükəli edirlər. Çox sağ olun ki məni dinlədiniz.
Sağ olun amma mən istərdim ki,siz iradənizi gücləndirib sağlam həyata qayıtmağa özünüzdə güc tapasınız...
P.S Onunla danışdıqca ürəyim ağrıdı axı niyə bir vətən oğlumuz bu bəlada bu qədər əziyyət çəkməlidir.Narkobiznes böyük pul gətirir amma bu pulları necə yeyirlər bir minlərlə insan həyatı məhv oluduğu halda...Bir narkotikə aludə olan insan-bir annın övladını,bir gəlin həyat yoldaşını,bir bacı qardaşını,bir uşaq atasını və sonda Azərbaycan bir öğlunu itirməsi deməkdir...
-