RUS ORDUSUNUN ƏCNƏBİ DÖYÜŞÇÜLƏRİ – Putinin fərmanı qeyri-rus könüllülərin hərbi əməliyyatlarda iştirakına qapı açır - TƏHLİL
13-10-2017, 08:26
Fis Dubin
“Foreign Policy” (ABŞ)
Rusiya tezliklə əcnəbilərin rəsmi olaraq öz ordusunda hərbi xidmət keçməsinə icazə verə bilər. Prezidenti Vladimir Putin xaricdəki əməliyyatlarda əcnəbi könüllülərin istifadəsini qanuniləşdirməyə, ölkənin xaricdəki müharibələrə daha çox inteqrasiya etməsinə doğru yeni bir addım atıb.
Oktyabrın 9-da dərc olunan fərman – hələ parlament tərəfindən ratifikasiya edilməsə də – əcnəbi vətəndaşların qanunla nəzərdə tutulan "terrorizm əleyhinə və sülhməramlı missiyalar"da, o cümlədən Rusiya hərbi varlığının olduğu Suriyada buna izn verir.
Rusiyanın Beynəlxalq Əlaqələr Şurasının analitiki Aleksey Xlebnikov bildirib ki, qanunvericiliyə dəyişiklik yetərincə izaholunandır: "Rusiyanın xaricdəki yeganə hərbi əməliyyat meydanı Suriyadadır, ancaq orada sadəcə olaraq həqiqi hərbi xidmətdə olan əsgərlər yox könüllülər xidmət keçir. Bu dəyişiklik Rusiyanın Suriyadakı kampaniyasında iştirak edən xarici vətəndaşlar üçün tənzimləməni təmin edir".
Son üç ildə Suriyada Rusiyanın təhlükəsizlik şirkətlərinin – neft və qaz infrastrukturu kimi xüsusi obyektlərin qorunması və ya hökumətin döyüşdən uzaqlaşmağa çalışdığı "təkzibedici" əməliyyatlarda – iştirakı bir neçə dəfə də ortaya çıxıb.
A. Xlebnikovun sözlərinə görə, fərman bu cür operatorların Rusiyanın hərbi əməliyyatlarında iştirakı üçün qanuni əsas yarada bilər. "Sənədin bu yeni versiyası rus ordusuna daxil etmək üçün onlara qapı aça bilər".
2013-cü ildə meydana gələn bir hadisədə, texniki olaraq Honkonqda yerləşən “Slavyan Korpusu” olaraq bilinən kölgəli bir qrup Suriyaya yerləşdirilib. Söz verilmiş avadanlıqları almadıqdan və atışmalarda bir sıra üzvləri itirdikdən sonra həmin korpus Suriyanı tərk edib və paralel xidmət qanunlarını pozduğu üçün onun üzvləri Rusiyaya qayıtdıqdan sonra dərhal həbs olunub.
Rusiya xüsusi xidmətinin sabiq zabiti Dmitri Utkinin başçılıq etdiyi digər hərbiləşdirilmiş qurum – "Vaqner" Suriyanın Palmira şəhərini İŞİD-dən azad edilməsində uğurlu rol oynayıb.
Rusiya ictimaiyyətini döyüş itkilərindən qafil edərək, Suriyada və Ukraynadakı döyüşlərdə olduğu kimi, müharibələrdə xarici könüllülərin istifadə Rusiyaya bu münaqişələrdə daha uzun müddətli varlığı təmin edə bilər.
"Əgər Ukraynaya və Suriyadakı qüvvələrə baxsanız, oradakılar döyüşə can atan könüllülər və peşəkar əsgərlərdir. Orada həqiqi hərbi xidmətə çağırılanlar göndərilməyib, – Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş mütəxəssisi Ceffri Mankoff bildirib. – Bu əməliyyatlar üçün ictimai dəstək məsələsi önəmli deyil. Əgər insanları öldürmək üçün öz vətəndaşlarınızı müharibəyə çağırmırsınızsa, deməli, ictimai qınaq təməli yoxdur".
Əcnəbilərin hərbi birləşmələrə daxil olması, çağırışçıların sayını faydalı şəkildə genişləndirir. Mankoff deyib: "Rusiya vətəndaşlarını zorla döyüşməyə məcbur etsələr, ekspedisiya əməliyyatları üçün ictimai dəstək olmayacaq”.
“Soyuq müharibə” zamanı Sovet İttifaqı xaricdəki münaqişələrdə qeyri-rus əsgərlərdən geniş istifadə edib. 10 illik Əfqanıstan müharibəsi zamanı Sovet İttifaqı münaqişənin ən ölümcül mübarizə yerinə Orta asiyalı döyüşçülərin xüsusi vahidlərini yerləşdirdi. Planlaşdırıcılar oxşar dilləri mövcud olduğu ərazilərin sakinlərindən Əfqanıstandakı gizli əməliyyatlar üçün effektiv istifadə edirdi.
Etnik özbək, tacik və türkmənlərdən ibarət olan "müsəlman taborları"nın birinin üzvləri 1979-cu ildə Kabildəki Tacbəy sarayına hücum edən, prezident Hafizullah Əmini öldürən sovet xüsusi əməliyyat vahidinin tərkibində idi.
2014-cü ildə Dövlət Duması sədrinın müavini Roman Xudyakov Mərkəzi Asiyada əsasən İŞİD təhdidinə qarşı mübarizə aparmaq "xarici legion" yaradılmasını təklif edib. Rus zabitlərin rəhbərlik edəcəyi bu hərbi birləşməyə dair bu plan hələ parlament təsdiqini tapmayıb.
Tərcümə: Strateq.az