Çin böyük dəyişikliklər ərəfəsində – “Qırmızı ordu” “Komsomolçular”a qarşı
16-10-2017, 12:06
Kommunist partiyasının növbəti qurultayında Qərbyönümlü siyasətçilər uzaqlaşdırılır, Rusiyayanlılar hakim postlara gətirilir
Gələn həftə Çində Kommunist parityasının qurultayı keçiriləcək. Çində demokratik rejimə məxsus seçki institutları fəaliyyət göstərmədiyi üçün dövlət siyasəti ilə bağlı bütün əsas məsələlər qurultayda həll olunur. Musavat.com xarici mediaya istinadən dünyanın ən qüdrətli dövlətlərindən birində baş verən siyasi prosesləri xəbər verir. Analitiklərin gəldiyi ümumi rəyə görə, bu qurultay Çin üçün ən vacib siyasi, habelə kadr məsələlərin həll olunduğu hadisə olacaq.
Si Tzinpin
Son illərdə Qərbin cəmiyyət içindəki təsirinin artmasından qorxuya düşən ÇXR sədri Si Tzinpin ölkəsinin SSRİ-nin taleyini yaşaya biləcəyini düşünür və bu səbəbdən qərbyönümlü kadrları rəhbərlikdən uzaqlaşdırmaq istəyir. Mətbuatın verdiyi xəbərə görə, Çin Kommunist Partiyası Siyasi Bürosu Daimi komitəsinin 7 üzvündən 5-i öz vəzifəsi ilə vidalaşmalı olacaq.
daimi komtienin
Çin rəhbərliyinin yeni nəsli isə əvvəlki baş katib Hu Tzintaonun ətrafına topladığı “komsomol” dəstəsini əvəz etməlidir. Məhz bu dəstə Qərblə əməkdaşlığın tərəfdarı hesab olunurdu. Yeni rəhbərliyin siyasi kursunda isə üstünlüyün Rusiya ilə münasibətlərə veriləcəyi gözlənilir. 2012-ci ilin dekabrında keçirilən qurultayda, ÇXR sədri Si Tzinpin proqram nitqində SSRİ-nin dağılması məsələlərinə toxunaraq, bu acı təcrübədən dərs alınmasını söyləmişdi. Si Tzinpinin bu mesajları əvvəlki rəhbərlik tərəfindən həyata keçirilən siyasətin dəyişməsinə işarə olub.
Hu Tzintao
Bundan başqa, bir çox siyasi icmalçı Çindəki mövcud siyasi durumun SSRİ-nin 80-ci illərini xatırlatdığını da qeyd edirlər. Çünki siyasi elita içində bir-birilə ciddi rəqabət içində olan bir neçə qrup fəaliyyət göstərir. Bu qruplar həmişə bir-birləri ilə kompromis çərçivəsində hərəkət ediblər. Lakin indi bu sabitliyin pozulma təhlükəsinin böyük olduğu deyilir. “Qırmızı ordu”, “şanxaylılar”, “komsomolçular” və sigər siyasi qruplar arasında ümumi ortaq razılğın əldə olunması isə Si Tzinpinin komandasının planlarına daxil deyil. İndi Çin lideri qarşısında duran iki qrupu – şanxaylıları və komsomolçuları zərərsizləşdirmək yolunu seçib. Lakin buna rəğmən Hu Tzintao dövründə komsomoldan gələn Hu Çunhuanın yeni rəhbərliyə daxil olması gözlənilir. Bir çoxları ona hətta Si Tzinpinin varisi gözü ilə baxır.
Tayvam mətbuatını yazdığına əsasən, Si Tzinpinin rəhbərlikdən uzaqlaşdıracağı isimlərin başında ÇXR baş naziri Li Ketzsyan gəlir. Dövlət iyerarxiyasında Li Ketsyan ikinci şəxs sayılır.
Li Ketsyan
Media Li Ketsyanı “Si Tzinpinin başını çəkdiyi “Qırmız ordu aristokratiyası” qrupuna müxalifətdə olan qrupun rəhbəri adlandırır. Linin Çin siyasətinə təsirinin Si Tzinpinin planlarına mane olduğu bildirilir. Onun ölkədə siyasi iyerarxiyada 3-cü sayılan, lakin çəkisi o qədər də ağır olmayan parlament (Ümumçin xalq nümayəndələri yığıncağı adlanır-red.) sədri postuna gətiriləcəyi gələn şaiyələr arasındadır.
Qanunverici orqanın indiki rəhbəri Çjan Detzsyan onsuz da yaş senzi ilə əlaqədar vəzifəsindən getməlidir. Li Ketsyanı parlament rəhbərliyinə gətirməmək üçün onun yerinə Çunsin əyalətinin rəhbəri Çen Minyerin namizədliyi gündəmə gəlib. Çen Minyerin həmin əyalətdə Li Ketsyanın yaxın adamı və komsomolçular qrupunun nümayəndəsi, bu yaxınlarda həbs olunan Sun Çjentsayı əvəz etməsi də diqqəti çəkən məqamlardandır.
Tayvan mediasının verdiyi xəbərə görə, Li Ketszyanın yerinə daha bir nüfuzlu ismin gətirilməsi gündəmdədir. Bu, ÇKP-nin Mərkəzi komissiyasının rəhbəri Van Tsişandır. Məhz bu orqan partiya daxilində son 5 ildə Çin “mədəni inqilabı”nın banisi Mao Tzsedun dönəmindən (1943-1976) bu yana ən böyük təmizləməni həyata keçirib.
Van Tsişan
Van Tsişan “partiya polisi”nin də rəhbərliyini həyata keçirən adamdır. Onun ali rəhbərlikdə təmsil olanan şəxslər barədə detallarına qədər məlumatı var. Ən əsası da o, Si Tzinpinə olduqca sadiqdir. Van Tsişanın özünün yerinə isə Mərkəzi Komitənin təşkilat şöbəsinin rəhbəri Çjao Letszı gələ bilər. Sonuncunu Çinin “kadrlar idarəsinin rəhbəri” də adlandırmaq olar. Bütün mühüm vəzifələrin təyinatına ilkin olaraq o, imza atır. Ən başlıcası isə adları çəkilən hər iki siyasətçi Si Tzinpin kimi Şensi əyalətindən çıxıb.
Çjao Letszınnın partiyanın güc strukturunun başına gətirilməsi Si Tzinpinə partiya aparatında komsomolçularla mübarizədə olduqca yararlı ola bilər. Bunun nəticəsində, ilk olaraq Siyasi Büronun daimi komitəsinin katibi, təbliğat şöbəsinin rəhbəri Lyu Yunşanın vəzifəsinə son veriləcək. Onun yerinə Si Tzinpinin daha bir yerlisi, akademik çevrələrdən gələn He İtinin gətirilməsi gözlənilir.
Ekspertlərin bildirdiyinə görə, liberal-qlobalist-qərbçi komsomol qanadın məğlub olması halında baş nazirin müavinləri Van Yan, Lyu Yandun, təbliğat rəhbəri Lyu Tsibao, Habelə ÇXR-in bütün komsomolçu nazirləri istefa verməli olacaqlar. Bundan başqa, Ali Məhkəmənin sədri, Komsomolun keçmiş baş katibi Çjou Tsyannın da vəziyyəti sual altındadır. Əlavə olaraq, ÇXR sədrin müavini, komsomolçuların Şanxay qrupunun yüksək rütbəli nüamayəndəsi Li Yuançao, ÇXR Mərkəzi Bankının rəhbəri Çjou Syaoçaun, Şanxayın birinci katibi Xan Çjen də adı gedəcəklər siyahısındadır.
Li Çjanşu
Siyasi büroya qərbyönümlü kadrların getməsi ən çox Rusiyanı sevindirir. Üstəlik, ali idarəyə Moskva ilə çox yaxın olan, Çinlə Rusiyanın strateji birliyinin ideoloqlarından sayılan Li Çjanşu da daxil olacaq. Li Çjanşau özü Şensi əyalətinin paytaxtı Sian şəhərinə rəhbərlik edib. Bu şəhər “İpək yolu”nun mərkəzində yerləşir. Bundan başqa, Li Çjanşu Rusiya ilə həmsərhəd sayılan Heylutszyan əyalətinin birinci katibi olub.
Indi Li Çjanşunun nüfuzu olduqca yüksəkdir. O, ÇXR Kommunist partiyası Katibliyinin rəhbəri postundan əlavə ölkənin Dövlət Təhlükəsizlik Komitəsinə də sədrlik edir. Bu orqan avropa ölkələrinin analogiyasında Milli Təhlükəsizlik Şurası funksiyasını yerinə yetirir və 2014-cü ildə yaradılıb.
Bütün bunlar siyasi ekspertlərə gələcək 10 ildə Çin-Qərb münasiətlərində soyuqluğun yaşanacağını, əvəzində isə Moskva-Pekin xəttinin güclənəcəyini söyləməyə əsas verib. Qərb Yaxın Şərqi Rusiyaya təslim etdiyi kimi, Asiyanın ən qüdrətli dövlətinin də Moksva ilə yaxınlaşmasını çarəsizliklə izləyir.