“1 nömrəli terrorçu”nun ölüm anı: Şamil Basayevin ölümündəki sirr pərdəsi açıldı: Cəmi 1 güllə ilə...

16-10-2017, 16:58           
“1 nömrəli terrorçu”nun ölüm anı: Şamil Basayevin ölümündəki sirr pərdəsi açıldı: Cəmi 1 güllə ilə...
Rusiyda “1 nömrəli terrorçu” adlandırılan Şamil Basayevin öldürülməsindən 11 il keçir.

Faktor.az Rusiya mətbuatına istinadən bildirir ki, Basayevin məhv edlməsi məqsədilə keçirilən gizli əməliyyatın detalları açıqlanıb. İndiyə qədər olan məlumatlara görə, ölüm Basayevi müşayət edən və içərisində döyüş sursatları olan yük maşınının partladılması nəticəsində baş verib. Maşına bomba qoyulması ehtimalı gündəmdə idi. İndi isə məlum olur ki, yük maşını başqa vasitə ilə partladılıb.

Xüsusi xidmət orqanlarındakı mənbə bildirib ki, 2006-cı ildə kəşfiyyat məlumatları Basayevin idarə olunmaz reaktiv mərmilər alacağı barədə məlumat əldə edib. Həmin döyüş sursatlarının daşınması zamanı Basayevin də orda olacağı naməlumdu. Son anda məlum olub ki, Basayev özü də yük maşınını müşayət edəcək. Ancaq onların hansı marşrutla hərəkət edəcəyini müəyyən etmək çətin olub. Buna görə də ehtimal edilən bütün istiqamətlərə 10-dan artıq axtarış qrupu göndərilib. Onlardan biri Yekajevo yaxınlığında axtarış aparıb və 10 iyulda səhər saat 5-də yolda yüklə dolu "Kamaz" görüb. Maşını avtomobillər müşayət edirmiş. Qarşıda isə milis maşını gedib. Hərəkət edənlərin silahlılar, yoxsa hərbi konvoy olduğunu müəyyən etmək mümkün olmayıb. Konvoyda ümumilkdə 40-a yaxın adam sayılıb. Atəş açmaq təhlükəli hesab edilib, çünki maşınlarda inquş silahlıları və ya hərbçilər ola bilərdi. Buna görə də atəşlə yekun qərar qəbul edilməyib. Hamı bilirdi ki, maşınlarda təxmin edilən döyüş sursatı aparılır və buna görə də atəş böyük partlayışa səbəb ola bilər.

Xüsusi təyinatlılar tələ qurub. Döngədə qurulan tələdə snayper yük maşınının sürücüsünə bircə dəfə atış açıb. 12,7 mm tüfəngdən açılan atəş yetərli olib. Mərmilər üçün bu kifayət edi, güclü partlayış baş verib və karvandakı digər maşınları da əhatə edib.

Maşın karvanında lap sonda hərəkət edən iki avtomobil isə ciddi zədələnmədiyindən dönərək ərazidən uzaqlaşıb.

Tapşırığı yerinə yetirən qrup üzvləri maşınlara yaxınlaşmayıb, meşə massivi vasitəsilə ərazini tərk ediblər. Məlumat dərhal daxili qoşunların rəhbərliyinə ötürülüb.

Qısa müddət sonra Şamil Basayevin ölümü ilə bağlı xəbər artıq yayılmışdı. Maşınlardan birindəki cəsədlərdən birinin qalıqlarının Basayevə aid olduğuna diar məlumat rəsmiləşdirilib. Beəliklə, Şamil Basayev cəmi bircə güllə ilə öldürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.