Xüsusi karantin rejimində “Səyyar Nar” həftəsonları da fəaliyyətini davam etdirir
27-11-2020, 18:32
“Nar” xüsusi karantin rejimində abunəçilərinin bütün zəruri xidmətlərdən yararlana bilməsi üçün “Səyyar Nar” xidmətini həftəsonları da təqdim etməyə davam edir. Abunəçilər evlərini tərk etmədən "Nar" xidmət mərkəzlərində göstərilən bir çox xidmətlər üçün, eləcə də SIM kartın dəyişdirilməsi, nömrə bərpası əməliyyatları və ASAN İmza xidmətinin aktiv edilməsi üçün “Səyyar Nar”a müraciət edə bilərlər.
Ölkədə yayılmış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olaraq mobil operator bu xidmət vasitəsilə Bakı - Abşeron və Sumqayıt ərazilərində yaşayan abunəçilərinin lazımı əməliyyatları birbaşa ünvanlarında əldə etməsini təmin edir. Müraciətlər 24/7 gücləndirilmiş iş rejimində çalışan 777 ‘Çağrı mərkəzi’ üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir.
Qeyd edək ki, xüsusi karantin rejimi boyunca həftəsonları da daxil olmaqla, müştərilər "narsim.az" vebsaytı üzərindən almaq istədikləri nömrəni seçib evə çatdırılma xidmətindən də yararlana bilərlər. Çatdırılma sifarişin verildiyi müddətdən sonra 24 saat ərzində həyata keçirilir.
“Nar” hər kəsi bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.