Sabirabadda toy məclisi təşkil edilib, 9 nəfər saxlanıldı

12-04-2021, 10:25           
Sabirabadda toy məclisi təşkil edilib, 9 nəfər saxlanıldı
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teref.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı Qarağac sakini Etibar Qocayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib. Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol verən 9 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.