Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

14-04-2021, 08:09           
Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teref.az-a verilən məlumata görə, Baş İdarənin Dövlət Yol Polisi əməkdaşlarının şəhər daxilində Yol Hərəkəti Qaydalarına riayət edilməsi məqsədi ilə mütədamadi olaraq reyd keçirilir.

Sonuncu keçirilən belə reyd zamanı, şəhər sakini Ramin Əhmədov ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi aşkarlanıb.

Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxs yaşadığı evə göndərilib, barələrində Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.