Prezident İlham Əliyevin ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı konfrasda iştirakı və nitqi Moldova KİV-də geniş işıqlandırılıb.

14-04-2021, 17:31           
Prezident İlham Əliyevin ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı konfrasda iştirakı və nitqi Moldova  KİV-də geniş işıqlandırılıb.
Bu xüsusda Moldova mətbuatında münaqişədən sonra Azərbaycan ilə Ermənistan arasında münasibətlərin qurulması məsələsinə diqqət yetirilib. “Алиев допустил мирное соглашение с Арменией” adlı xəbərdə Azərbaycan Prezidenti İlham Əliyevin münaqişə səhifəsinin bağlandığına inandığı və Ermənistanla sülh sazişinin bağlanılmasının mümkün olduğu haqqında dedikləri qeyd olunub.
Bundan əlavə Moldova mətbuatında Şuşada aşkarlanan «İskəndər-M» raketinin qalıqları məsələsi Prezident İlham Əliyev Rusiyanın Prezidenti Vladimir Putin ilə müzakirə etdiyi barədə xəbərlər yayılıb. noi.md xəbər portalında yayımlanan “Алиев сообщил о разговоре с Путиным про обломки «Искандеров» в Карабахе” başlıqlı xəbərdə qeyd olunur ki, Prezident İlham Əliyev Ermənistanın «İskəndər-M» raketi ilə bəyanatlarını qəribə adlandırıb. «Onlar gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyirlər. Deməli, raketlər hər halda istifadə olunub. Biz Ermənistandan rəsmi cavab gözləyirik. Deyə bilərəm ki, bizdə yetərincə məlumat var, amma biz rəsmi açıqlama gözləyirik”,- saytda Prezident İlham Əliyevin sözləri dərc olunub.

Həmçinin, Moldova KİV-də Prezident İlham Əliyevin Azərbaycanın Ermənistanla sərhəddə heç bir hərbi planları olmadığı barədə xəbər dərc olunub. Dosug.md adlı xəbər portalında «Алиев заявил об отсутствии у Азербайджана военных планов на армянской границе» başlığı ilə yayımlanan xəbərdə İlham Əliyevin sözlərinə istinadən bildirilir ki, Azərbaycan tərəfindən son zamanlar sərhəddə ciddi hadisələr qeydə alınmayıb, bununla yanaşı Azərbaycan tərəfi Emənistanın bütün «revanş» cəhdlərininin qabağını almağa hazırdır. Eyni zamanda, qeyd olunur ki, ölkə başçısı emənilərlə azərbaycanlılar arasında mövcud olan etnik münaqişələrə yaxın gələcəkdə son qoyulacağına ümid edib.
Xəbərlər rus və rumın dillərində dərc olunub. Onlarla daha ətraflı tanış olmaq aşağıdakı linklərdən mümkündür.

https://noi.md/ru/v-mire/aliev-soobshhil-o-razgovore-s-putinym-pro-oblomki-iskanderov-v-karabahe

https://noi.md/ru/v-mire/aliev-dopustil-mirnoe-soglashenie-s-armeniej

https://noi.md/md/in-lume/aliev-a-admis-posibilitatea-incheierii-unui-acord-de-pace-cu-armenia

https://dosug.md/ru/news/1440605/

https://dosug.md/ru/news/1440718/

https://dosug.md/ru/news/1440673/
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.