İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

18-08-2021, 10:23           
İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət
tədbirləri zamanı avqustun 17-də aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar
edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata
görə, rayon sakini Ağasəf Cavadzadənin COVID-19 testi pozitiv olduğu üçün
ona ev şəraitində müalicə təyin olunub və sanitar-karantin qaydalarına riayət
etməsi tapşırılıb. Lakin həmin şəxs özünütəcrid qaydalarını kobud şəkildə
pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait
yaradıb. Polis əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu
ərazidə aşkarlanan A.Cavadzadə tibbi prosedurlar da gözlənilməklə yaşadığı
ünvana geri qaytarılıb.
Onun barəsində İsmayıllı RPŞ-də araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.