Namiq Qaraçuxurlu Rusiyaya gedərkən hava limanında saxlanılıb
Bu gün, 00:14
Məşhur meyxanaçı Namiq Qaraçuxurlu Rusiyaya gedərkən hava limanında saxlanılıb.
Bu barədə Teleqraf-a Namiq Qaraçuxurlunun köməkçisi İlkin Şükürov məlumat verib.
O qeyd edib ki, hadisə bu gün səhər saatlarında baş verib.
“Namiq Qaraçuxurlu Rusiyaya gedərkən təxminən 9 saata yaxın Şeremetyevo Beynəlxalq Hava Limanının əməkdaşları tərəfindən saxlanılıb. Mən isə 5 saat saxlanıldım. Lakin hazırda hər şey yaxşıdır və biz Rusiyadayıq”, - meyxanaçının köməkçisi əlavə edib.